Qərbi Afrika ölkəsi Benin sahillərində gəminin batması nəticəsində ölənlərin sayı 200-ə çatıb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nigeriyadan Beninə üzən gəmi sahilə bir neçə kilometr qalmış batıb. Məlumata görə, göyərtədə dini ayinə gedən xristian dininə məxsus insanlar olub. Onların dəqiq sayı barədə məlumat yoxdur. Yerli dairələr çox sayda insanın itkin düşdüyünü hesab edir.
Onların tapılması üçün xilasedicilər cəlb edilib. Güman edilir ki, gəminin batmasına nəzərdə tutulduğundan çox yüklənməsi səbəb olub.
Oxu24.com
ŞƏRHLƏR