Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21514
az

Yanvardan evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq

16:2926 Dekabr, 2019
580
HÜQUQ
  • A

Gələn ilin yanvarın 1-dən Azərbaycanda qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılır.
 

Bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilən yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endiriləcək. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunacaq.

 

Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək. 3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

 

Məsələn, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək, evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq. Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.(apa)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ