Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
215
az

Direktor və arvadına hökm oxundu

17:4003 Aprel, 2018
1033
KRİMİNAL
  • A
  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Qala BTX” MMC mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 37 nəfər şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Oxu24.com”un verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə V.Hüseynov 15 il, onun həyat yoldaşı Nəzakət Aşurova 9 il müddətinə azadlıqdan məhrum edilib. Proses davam edir.

İş üzrə 5200 nəfər zərərçəkmiş var. Qeyd edək ki, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər. Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M.Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.3.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü