Cinsi istəksizlik nədir, çarəsi varmı?
Cinsi iştahsızlıq (istəksizlik) anoreksiya kimidir, yemək yemədən kəsilən kimi cinsi əlaqədən kəsilər, soyuyarlar. Arzu etməməyə başlayarlar. Cinsi qorxuları, qayğıları dəhşətə salar və özlərini seksdən çəkərlər. Kişilərdə səbəbi ümumiyyətlə iqtidarsızlıqdır (ixtiyarsız cinsi boşalma). Qadın və ya kişi bu problemi yaşaya bilərlər. Əlamətləri təbii ki, cinsi arzu və maraq itkisidir. Seks mövzusu gündəmə gəldiyində qaçarlar mövzunu dəyişərlər. Qorxu, hirs,diqqətsizlik və əsəbilik halları müşahidə olunar.
Fiziki səbəbləri nə ola bilər?
Hormon balanssızlıqları, yeni doğum etmə, əmizdirmə dövrü, dərman istifadəsi, antidepresant, tükənmişlik sindromu, xroniki yorğunluq və s.
Psixoloji səbəbləri nələrdir?
Cinsi istismar və təcavüz, cinsi əlaqəyə qarşı mənfi münasibət, qatı dini qaydalar, ünsiyyət problemləri, sevgisizlik, aldatma kimi səbəblərdir.
Hormon müalicəsi ən təsirli müalicə şəklidir. Əgər testosteron və estrogen səviyyələri aşağıdırsa qadın və kişiyə hormon dəstəyi verilir. Tibbi müalicə fayda verərsə cinsi istək və maraq yenidən qazanılar. Ereksiya pozuqluğu olan kişilər mütləq müalicə edilməlidir. Qadın və kişi klimaksında aşağı şəhvət hissi üçün hormon müalicəsi tətbiq edilir. Bu üsul kişilərə cinsi güc bəxş edir.
Psixoterapiya edilə bilər və terapiyaya cütlərin birlikdə getməsi əhəmiyyətlidir. Pornografiya cütlərin seks həyatını pis təsir edə bilər. Erkən yetkinlikdə xüsusilə kişilərdə cinsi davranış pozuqluqlarına yol aça bilər. İrəli yaş dövrlərində cinsi əlaqəyə qarşı maraqsızlıq, həvəssizlik görülə bilər.
Oxu24.com
ŞƏRHLƏR