Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21437
az

Oqtay Gülalıyevdən yeni xəbər: - “Gözünü açıb-bağlayır”

14:0525 Dekabr, 2019
556
CƏMİYYƏT
  • A


İstanbulun “Amerikan Hastanesi”ndə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

Bunu Cebhe.info-ya açıqlamasında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib. Onun sözlərinə görə, hüquq müdafiəçisi artıq gözünü açıb-bağlayır:

“Oqtay bəy komada olsa da, aradabir gözünü açır. Düzdür, hələ reaksiya bildirməyib. Amma temperaturu yoxdur və böyrəkləri düzəlib”.

Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub. Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Bir müddət orada müalicə alan hüquq müdafiəçisi İstanbulda yerləşən “Amerikan Hastanesi”nə köçürülüb. Beyin əzilməsi diaqnozu qoyulan O.Gülalıyev iki aya yaxındır ki, koma vəziyyətindədir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarpızı xarab olmamaq üçün belə saxlayın

Uşaqlarda internet asılılığı hansı təhlükəli nəticələrə səbəb olur?
“İqlim dəyişikliyi sərhəd tanımır"

90% kişilərin şəhadət barmağında görünən çapığın sirri -Ajiotajın səbəbi tapıldı

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Qətl qız üstündə olubmuş