Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21384
az

Tanınmayan mələklər

18:5924 Dekabr, 2019
513
  • A

Həzrət Adəmin (ə) yerə enməsindən sonra bəzi mələklər də yerə enmiş və öz vəzifələrini yerinə yetirmişdilər. Allah Təala onları insanlara xidmət etmək üçün göndərmişdir.

Adətən Qurani-Kərim bizlərə dörd böyük mələyi tanıtmışdır ki, ibarətdirlər: Cəbrayil, Əzrayil, İsrafil və Mikayil. Ancaq Allahın mələkləri həddən artıq çoxdur. Onların tanınmayanlarının bəzisi ilə tanış olaq.

1. Cərmil. Bu mələyin vəzifəsi - insan həyatının müsbət tərəfə çevrilməsi üçün zəminələr yaratmaqdır. O, insanlara tərəfə gedər və həyatlarını yaxşı tərəfə dəyişdirməyə çalışar.

2. Hanil. Bu mələk - bir mələkdir ki, vəzifəsi xanımlarla bağlı olan mövzularda köməklik göstərməkdir.

3. İsmayil. İsmayil o mələkdir ki, səmada sakindir. Vəzifəsi budur ki, nə zaman bəndə Allahın adını çəkər, o, cavab verər ki, Allah rəhim və rəhmandır və onun səsini eşidir. Ona görə də hacətini söyləsin.

4. Zəhlil. Bu, o mələkdir ki, Allah Peyğəmbərinin (s) qəbrinin kənarında dayanar. Hər kim Həzrətə (s) salam verərsə, o da cavabını verər.

5. Şəmuel. Bu mələyin vəzifəsi - insanların nigarançılıq və narahatlığını aradan qaldırmaqdır.

6. Aril. Bu mələk insana dünya işlərində yardım edər.

7. Rahil. Bu mələk İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) nikah əqdini oxuyan mələkdir.

8. Cufil. Bu mələyin vəzifəsi - insan həyatında olan nəzmsizliyi və müvəffəqiyyətsizliyi aradan qaldırmaqdır.

9. Rakul. Bu mələyin vəzifəsi - insanlar arasında müsbət rabitələrin yaranmasını təmin etməkdir. İnsanlar arasında yaranan anlaşılmazlıqları həll edəndir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?
Bəzi yollarda duman olacaq

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü