Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
211
az

Pirşağıda sanatoriya yanır

15:5303 Aprel, 2018
1192
MANŞET
  • A
 Bakıda sanatoriya binasında yanğın başlayıb.

“Oxu24.com” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Gilavar" sanatoriyasında baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

Baş vermiş yanğınla bağlı 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, şöbəyə gətirilənlərdən 2 nəfəri azyaşlıdır: "Uşaqların vəziyyəti yaxşıdır, zəhərlənmə yoxdu, sadəcə, hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizdə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heydər Əliyev Sarayına yeni direktor müavini təyin olunub
Azərbaycanda bu avtomobillərin taksi kimi fəaliyyətinə QADAĞA QOYULACAQ
Azərbaycanda ağırçəkili şəxs xəstəxanaya çatdırıldı - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO