Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu24.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Rusiya Federasiyası Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizin inamlı qələbəniz Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, beynəlxalq arenada nüfuzunun artmasına yönəlmiş kursunuza vətəndaşların geniş dəstəyinin və etibarının sübutudur.
Dostluq, mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə verdiyiniz əhəmiyyətli töhfəni xüsusilə qeyd etmək istərdim. Əminəm ki, ikitərəfli əməkdaşlığın bundan sonra da hərtərəfli genişləndirilməsi, müxtəlif sahələrdə birgə perspektiv layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın uzunmüddətli maraqlarına tam şəkildə cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram". Oxu24.com
ŞƏRHLƏR