Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20991
az

BDU-nun tələbəsi həbs edildi — ŞOK TƏFƏRRÜAT +FOTOLAR

10:5118 Dekabr, 2019
944
KRİMİNAL
  • A

Xızıda elanlar saytlarında vətəndaşları aldadaraq dələduzluq edən şəxs saxlanılıb.

Bununla bağlı  Oxu24.com -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini, 21 yaşlı Rəsul Cəfərov saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib.

R.Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünəməxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib.

Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn R.Cəfərov, alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi təqdim edib.

Alıcılar tərəfindən beh göndərildikdən sonra isə R.Cəfərov zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək, onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, R.Cəfərov Bakı Dövlət Universitetinin dördüncü kurs tələbəsidir. O, geologiya fakültəsində təhsil alır. Qiymətlərinin qeyri-qənaətbəxş olması səbəbindən kəsirləri yaranıb və hazırda dərslərdə iştirak etmir. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ