Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20868
az

İranda DƏHŞƏT: 304 nəfər vəhşicəsinə öldürüldü

15:5416 Dekabr, 2019
851
SON DƏQİQƏ
  • A

İranda benzinin bahalaşmasından sonra baş qaldıran etiraz aksiyalarında 12-si uşaq olmaqla, ən azı 304 nəfər ölüb.

 

Bunu Beynəlxalq Əfv Təşkilatı açıqlayıb.

Yaxın Şərq və Şimali Afrika Araşdırma və Müdafiə Komitəsinin direktoru Filip Lüter verdiyi yazılı açıqlamada, İran rejiminin ölkə miqyasında təşkil edilən aksiyalarda yüzlərlə insanı qətlə yetirdiyini ört-basdır etmək üçün hadisə şahidlərinin ifadə verməsinin qarşısını almaq məqsədilə, qorxu salmaq üçün təzyiq göstərməyə başladığını bildirib: "Bu mərhəmətsiz təzyiq kampaniyasına davam etmək yerinə, İran hökumətinin həbs etdiyi şəxslər dərhal və qeyd-şərtsiz sərbəst buraxılmalıdır”.Açıqlamada həmçinin bildirilib ki, İran təhlükəsizlik qüvvələri risk daşımayan silahsız etirazçılara atəş açıb: "Ölümlərin çoxu baş, boyun və digər həyati əhəmiyyətə sahib orqanlara açılan atəş nəticəsində olub. Həbs edilənlər arasında 15 yaşdan kiçik uşaqlar belə var və onlara işgəncə verilir”.

Qeyd edək ki, İran, təşkilatın iddialarını təkzib edir. Etirazlarda ölənlər və həbs edilənlər barədə məlumatları gizləməkdə israrlıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bina yanıb
“Sako” ləqəbli tiktoker    həbs     edildi
Mehman Haşımov həbs olunub

112 yaşında öldü

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Gürcüstandakı toyda 9 azərbaycanlı   bir-birini       bıçaqladı