Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20550
az

MasterCard Azərbaycan BeynəIxalq Bankına 2 mükafat verdi

10:0911 Dekabr, 2019
1110
ÖZƏL BÖLÜM
  • A

MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını iki nominasiya üzrə mükafatlandırıb. Azərbaycan Beynəlxalq Bankı Debit MasterCard kartlarının sayını ən çox artıran 1-ci bank mükafatına layiq görülüb. Bank Platinum kartlarının sayını ən çox artıran bank nominasiyası üzrə də lider olub. JW Marriott Absheron otelində keçirilən mərasimdə mükafatlar bank nümayəndələrinə təqdim olunub.

Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. MasterCard, VISA, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.

Azərbaycan Beynəlxalq Bankının həyata keçirdiyi “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda alış-veriş zamanı bankın kartları və POS terminalları ilə aparılmış ödənişin 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. 

Azərbaycan Beynəlxalq Bankı həm də ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik bankdır. Hazırda respublikamızın ayrı-ayrı bölgələrində bankın 782 bankomatı fəaliyyətdədir. Bundan başqa, ölkəmizdəki müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının minlərlə aktiv POS terminalı müştərilərin istifadəsindədir.
Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: //www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.  

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elman Rüstəmovdan banklarla bağlı vacib QƏRAR
Kapital Bank Sberbank ilə əməkdaşlığa başlayıb
MasterCard Azərbaycan BeynəIxalq Bankına 2 mükafat verdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO