“2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında qaçırılmış il oldu. Qorxuram, tarix artıq neçənci dəfə eyni şeyi təkrarlasın”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksey Fenenko deyib.
Onun sözlərinə görə, İrəvan Qarabağ münaqişəsinin nizama salınması prosesinə ikinci dərəcəli məsələləri daxil etməyə çalışır, xüsusilə humanitar məsələləri, etimad mühitinin formalaşdırılması kimi.
“Doğrudur, bu təəccüblü deyil. Son 30 ildə erməni tərəfi münaqişənin həlli ilə bağlı heç bir təklif irəli sürməyib. Azərbaycanın, Rusiyanın, ABŞ-ın və Fransanın təklifləri olub. Bu təklifləri tənqid etmək, müxtəlif cür şərh etmək olar, lakin erməni tərəfinin bütöv sənəd kimi heç bir təklifi yoxdur. Ermənistan Qarabağı danışıqlar masasına tərəf kimi qəbul etdirmək istəyir, hərçənd, bu, sülh prosesinin pozulması deməkdir. İstisna etmirəm ki, Paşinyan danışıqlar prosesini bloklamağa davam etmək üçün bunu masaya şərt kimi qoysun. Ermənistanın baş naziri əla bilir ki, Azərbaycan buna getməyəcək. Paşinyan da deyəcək ki, budur, bizim təklifimiz var, amma qəbul etmirlər”, - qeyd edib.
A.Fenenko qeyd edir ki, Ermənistan Moskvanın planını da alt-üst edir: “2016-cı ildə Rusiya ilkin addım kimi Qarabağ ətrafındakı rayonların qaytarılması ilə bağlı plan təklif etmişdi və hər iki tərəf buna razılaşdı. Paşinyan isə buna qarşı çıxır və iddia edir ki, masada heç bir sənəd yoxdur. Halbuki, o Ermənistanın baş naziri olaraq, əvvəlki razılaşmaların varisidir. Hesab edirəm ki, İrəvan bundan sonra da danışıqlar prosesini pozmaq üçün maksimum cəhd göstərəcək”.
Rusiyalı politoloq Qarabağda müharibə ehtimalını da istisna etmir.
“Lakin tərəflər hələ danışıq prosesini davam etdirəcəklər. Heç bir nəticənin əldə olunmadığı tam ortaya çıxanda, eskalasiya başlana bilər”, - o vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR