Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20273
az

Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

09:4006 Dekabr, 2019
657
  • A
Yol polisi əməkdaşları daha əlində radarla gəzmir. Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb. Bizimyol.info radarlarla bağlı sizə bəzi məlumatları təqdim edir. Sürücülər, adətən, radar görən kimi tez əyləcə basırlar. Halbuki buna ehtiyac yoxdur. Həm özünüzə, həm də başqalarına təhlükə yaradırsız. Onsuz da radarların böyük imkanları var. Amma həm də müəyyən məsafələrdə radarlar acizdir. Yaxındasınızsa, əyləc köməyə gəlməyəcək, uzaqdasınızsa, radar sizi tuta bilməyəcək. Tələsmədən sürəti azalda bilərsiniz. Keçmiş sovet respublikalarının ərazilərində, adətən, radiolokasiya tipli radarlardan istifadə olunur. Avtomobilə impuls ötürülür, əks olunan siqnal əsasında sürəti müəyyənləşdirirlər. Yollarda daha çox "Kris" və "Arena" cihazlarından istifadə olunur. Yəni 100 metrə qədər məsafədə radar sürəti müəyyənləşdirə bilir. Məsələn, siz maşını saatda 90 km ilə sürürsünüzsə, radarın yanından ötməyinizə 3-4 saniyə qalmış sürət qeydiyyatı başlayır. Radardan məsafəniz 100 metrdən çoxdursa, avtomobilinizin sürətini dəqiq ölçə bilməyəcək. "Kordon" və "Kreçet" cihazları çox populyar deyil. Amma bu radarlar 150 metrə qədər dəqiq sürət söyləyə bilir. Əksər hallarda radar avtomobili yaxına buraxmağa çalışır. Əlbəttə, sürücülər də "ilişməməyə" çalışır. İndi maşınlarda radar-dedektorlar olur ki, 500 metrdən radiolokasiya cihazından xəbər tutur. Amma bəzən radarı elə yerə qoyarlar ki, dedektor aciz qalar. Rusiyanın paytaxtı Moskva küçələrində "Strelka" adlanan radarlar dəbə minib. Yol polisinin sevimli cihazıdır. Çünki 250 metrə qədər effektlidir. Tezliklə bizim küçələrdə də görünəcəyi gözlənilir. Radar-dedektorların daha bir düşməni LİSD-2F cihazıdır. Bu radarlar da 250 metrdən sürəti müəyyən edə bilir. İndi yol polisi daha mükəmməl sistem üzərində baş sındırır. "Avtodoriya" cihazı bu mənada çox təkmilləşmiş qurğudur. Daha sürücünün əyləci basması da köməyə gəlməyəcək. Bu cihazlar təkcə sürət həddini aşmanı müəyyənləşdirmir, həm də yol zolağının pozulması, avtomobilin qadağan olunmuş yerdə saxlanılması hallarını da "görür". Yəni avtomobilləri tərksilah etmək üçün texnologiyanın imkanlarından maksimum istifadə olunur. Ən yaxşısı qaydaları pozmamaqdır. Bir şərtlə ki, qaydalar da yol polisi tərəfindən məqsədli şəkildə mürəkkəb hala salınmasın... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xarkova HAVA HÜCUMU: silsilə partlayışlar baş verdi
BU içki yumurtalıq xərçəngi riskini azaldır
UEFA-dan Şahruddinin komandasına sərt cəza

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat