Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20078
az

Bakıda döyülən 15 yaşlı qızın anası danışdı: “Onu aptekə göndərdim, bir də baxdım ki,...

19:2720 Noyabr, 2019
564
  • A
Bakıda 15 yaşlı qızın döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, noyabrın 18-i gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə 2004-cü il təvəllüdlü Ə.Z döyülüb.

Qızın anası Samirə Əliyeva Oxu.Az-a bildirib ki, Z.Ə-nı "Lələ" ləqəbli 28-30 yaşlı kişi döyüb:

"Qızım dəfələrlə deyirdi ki, "Lələ" mənə küçədə pis sözlər deyir. Uşaq bilib keçirdim. Bacısı xəstə olduğu üçün qızımı aptekə göndərdim. Bir də baxdım ki, küçədə səs-küy düşüb. Uşaq ağlaya-ağlaya evə qaçıb".

S.Əliyeva iddia edir ki, onun qızını zorlamaq istəyiblər:

"Qızımın başını divara vurub. Onu aparıb zorlamaq istəyib. Qız ona müqavimət göstərəndə elə onun öz belindəki bıçağı götürərək qarnına soxub. Bundan sonra qızımdan əl çəkib".

S.Əliyeva deyir ki, qızı hafizəsini itirib.

Qeyd edək ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə Z.Ə-yə alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi