Xalq artisti Aygün Kazımovanın qardaşı oğlu mətbuat vasitəsi ilə ölkə rəhbəri İlham Əliyevə video müraciət edib.
Oxu24.com xəbər verir ki, Ələsgər Kazımzadə həbsdə olan atası Kazım Kazımzadənin ağır xəstəlikdən əziyyət çəkdiyini və onun azadlığa buraxılmasını xahiş edib. O, atasının vəziyyətinin ağır olduğunu bildirib.
Xatırladaq ki, xalq artisti Aygün Kazımovanın qardaşı Kazımzadə Kazım Bakı Ağır Cinayətlər məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum olunub. O, hal-hazırda ağır onkaloji xəstəlik səbəbi ilə Penitersiar Xidmətin Müalicə Müəsisəsində müalicə olunur.
Oxu24.com
ŞƏRHLƏR