Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19889
az

Uşaqpulu necə verilsin? - "İlk uşağa 50 manat, ikinciyə ... " - İqtisadçıdan TƏKLİF

17:5915 Noyabr, 2019
959
İQTİSADİYYAT
  • A
“Uşaqpulunun bərpası ilə bağlı müxtəlif mexanizmlər tətbiq edilməlidir. Uşaqlara sözügedən ödəniş 18 yox, 16 yaşa qədər verilsə, daha məqsədəuyğun olar”.

Regionxeberleri.com bildirir ki, bu sözləri Lent.az -a iqtisadçı-ekspert Rəşad Həsənov deyib. O bildirib ki, hazırda Azərbaycanın əmək qanunvericiliyinə əsasən 15 yaşdan yuxarı şəxslər əmək bazarına atıla bilərlər:

“Düşünürəm ki, 16 yaş da daxil olmaqla, uşaqların orta təhsili bitirmələrinə qədər uşaqpulu verilməlidir.

Bu gün ölkədə kiçik ailə modeli (1-2 uşaqlı) artıq oturuşmaqdadır. Burada demoqrafik siyasətlə sosial siyasət uyğunlaşdırılmalıdır. Ən son vəziyyətdə ailədə doğulan ilk uşağa uşaqpulu verilməyə, iki və daha çox uşağa isə verilə bilər.

Uşaqpulu ilə bağlı təklifim isə ondan ibarətdir ki, ailədə doğulan birinci uşağa hər ay 50 manat, ikinci uşağa 75 manat, üçüncü uşağa görə 110 manat vəsait verilə bilər. Burada üçüncü uşaq məsələsi olduqca həssasdır, çünki artıq ailələr iki uşaqdan sonra üçüncü barədə düşünmür. Ödənişlər qeyd etdiyim formada olarsa, büdcəyə yük çox düşməz”.

Ekspert qeyd edib ki, hazırda müəyyən qədər qeyri-neft iqtisadiyyatının leqallaşdırılması prosesi gedir və bunun hesabına artıq ilin 9 ayında büdcəyə əlavə olaraq 800 milyon vəsait daxil olub:

“Nəzərə almaq lazımdır ki, hazırda iqtisadiyyatın 63-65 faizi illeqaldır. Bu o deməkdir ki, iqtisadiyyatı leqallaşdırmaqla milyardlarla vəsaiti dövlət büdcəsinə yönəltmək olar.

Eyni zamanda, hazırda müxtəlif proqramlar adı altında uşaqlara müavinətlər verilir Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Aİ-95" sabahdan ucuzlaşır
Azərbaycanda qızıl kəskin ucuzlaşdı: bazarda nə baş verir? -VİDEO
İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ