Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19849
az

Prezident sərəncam imzaladı

21:5514 Noyabr, 2019
451
CƏMİYYƏT
  • A
 
Psixoloji yardım haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib.

Axeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, psixoloji yardım almağa məcbur etməyə görə beş yüz manat məbləğində cərimə edilir.


Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyin, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Psixoloji yardım sahəsində psixoloji yardım alan şəxslərin həyatına, sağlamlığına, psixoloji rifahına və ya ləyaqətinə zərər yetirə biləcək tədqiqatlar aparılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər cərimələnəcək
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO
Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı