Gecə saatlarında Sabunçu rayonu ərazisində xoşagəlməz hadisə baş verib.
Oxu24.com xəbər verir ki, adekvat hərəkətlər etməyən 2 nəfər şəxs yolu kəsərək avtobus sürücüsünə hücum edib. Daha sonra videoda görünən gənclərdən biri yoldan ötən qızın üzərinə gedərək əlindəki gödəkçə ilə onu vurur. Yalnız bundan sonra ətrafdakı şəxslər onlara tərəf gəlib zərərsizləşdirməyə çalışırlar.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev “Qafqazinfo”ya bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntüdən məlumatlıdırlar:
“Müvafiq rayon polis idarəsində faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
ŞƏRHLƏR