Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1956
az

Başı ağrıyan kişini rentgenə saldılar - Həqiqəti görən həkim mat qaldı

16:4919 May, 2018
1629
DÜNYA
  • A
40 il öncə əsgərlik xidməti dövründə qaçaqmalçılarla atışma zamanı üzündən vurulan şəxsin başında güllə unudulduğu ortaya çıxıb.

Oxu24.com Haberler-ə istinadən xəbər verir ki, Türkiyənin Trabzon şəhərinin Arsin qəsəbəsində yaşayan 61 yaşlı Mustafa Tiryaki 1978-ci ilin 29 iyul tarixində hərbi xidmətini yerinə yetirərkən Suriya sərhəddində vurulub.

Təxminən 2 ay müalicədən sonra Tiryakinin üzündəki 4 güllə çıxarılıb. Tiryaki sonralar başı tez-tez ağrıdığı üçün dərman qəbul edib. Ancaq ağrıların şiddətli şəkil almasından sonra xəstəxanaya yollanan Tiryakinin rentgen ve tomoqrafiya nəticələrinə görə beyinin sol alt yarım kürəsində güllə olduğu məlum olub.

Tiryaki “Əsgərlik çəkdiyim illərdə xəstəxanalarda bugünkü kimi cihazlar yox idi. Həkim əməliyyat ilə güllənin çıxarılmasının mümkün olduğunu dedi. Bir az risklidir, amma başqa yolum yoxdur. Mən, sadəcə, bu əməliyyat zamanı ölsəm, şəhid sayılacağammı, o, məni düşündürür” deyib.

Beyin və Sinir Cerrahı Ahmet Çubukçu isə “Burada güllə beyinə zərər verməyib, dəri altının bir az içərisində qalıb. Ancaq bunu müayinə zamanı həkimlər necə görməyiblər, anlamadım. Metal parçası beyinə zərə verməyən bir hissədə olduğu üçün narahatlıq yaratmayıb” deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı