Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19499
az

Uşaqlar çox tərləyirsə...

18:4727 Oktyabr, 2019
513
  • A
Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər. Körpələrin döş əmərkən, yuxuda olarkən tərləməsi normal haldır.

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Həkim qeyd edib ki, irsi meylilik, yüksək temperatur, qan azlığı, sinir sisteminin quruluşu, vitamin çatışmazlığı, qalxanvari vəzin xəstəlikləri, şişmanlıq, burun tıxanıqlığı, allergiyalar, antibiotiklərdən istifadə və kimi bir sıra səbəblərdən də tərləmə yarana bilər.

Tərləmənin qarşısını almaq üçün nə etmək lazımdır?

1. Otaqda havanın temperaturunu və nəmliyini düzgün tənzimləmək, otağın havasını dəyişmək, termometr vasitəsilə temperatura nəzarət etmək olar. Otağın havası 24-26 dərəcə normaldır.

2. Uşaqları qalın geyindirməmək lazımdır. Uşaqlar istiyə daha həssas olurlar. Ona görə temperatura uyğun, hava keçirən pambıq paltarlara üstünlük verilməlidir.

3. Bol maye qəbul etmək. Ana südü qəbul edən körpələrə isə ana südü yetərlidir, çünki südün 75-80% sudan ibarətdir.

Pediatr bütün bunlara rəğmən uşaqda hədsiz tərləmə şikayətləri yenə olarsa, həkim tərəfindən araşdırılmasını tövsiyə edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün faciəli şəkildə həlak olan hərbçimizin FOTOLARI
Niyə mütləq şüyüd yeməliyik?
Uşaqlar və valideynlər arasında münasibətlərin pisləşməsinin SƏBƏBLƏRİ

Alimlər zəlzələlərin yeni mexanizmlərini kəşf ediblər

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO