Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19329
az

Məşhur müğənninin məclisində faciə: Tələbə yoldaşı faciəli şəkildə öldü

10:4923 Oktyabr, 2019
1275
KRİMİNAL
  • A
 
APA TV-nin məlumatına görə gecə saat 00.00 radələrində Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.  

"DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili (TIR) sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.

Qeyd edək ki, Zöhrab Qocamanov Bərdədən Hacıqabula tələbə yoldaşı olan tanınmış müğənni Kamandar İbrahimovun sənət fəaliyyətinin 45 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək üçün gəlib. Tədbirdən sonra magistralda yerləşən restoranda müğənninin şərəfinə verilən qonaqlıqdan sərxoş vəziyyətdə yola çıxan adı çəkilən şəxs yük avtomobilinin altında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxu:  Polis əxlaqsızlıq edən qadını saxladı, biabırçı görüntü ortaya çıxdı+VİDEO

Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi

{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur müğənninin məclisində faciə: Tələbə yoldaşı faciəli şəkildə öldü
Bakıda dəhşətli qəza:
Dəhşətli video: Zəhərli heyvan kişinin ayağını belə gəmirdi