Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19226
az

Dırnaqlarını yeyənlərin nəzərinə - Səbəb stress deyil!

10:2520 Oktyabr, 2019
850
CƏMİYYƏT
  • A
Tədqiqatçılar və psixoloqlar uzun müddət dırnaq yemə vərdişinin  sıxıntı və stresdən qaynaqlandığını düşünürdü. Bu diaqnoz illərdir cəmiyyət tərəfindən qəbul edilmiş bir fikirdir.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, aparılan son araşdırmalara görə, bu davranışın yeni səbəbləri ortaya çıxıb. Şiraz Universitetinin uşaqlar üzərində apardığı  araşdırmaların nəticəsində məlum olub ki , dırnaq yeməyin tərgidilməsi üçün  müəyyən qadağalar və cəza üsulları  buna kömək etmir. Hətta problem və sıxıntıları aradan qaldırılan uşaqlarda da bu davranış pozuntusunun davam etdiyi məlum olub.

Son araşdırmalar zamanı, dırnaq yemənin davamlı adət halı olduğu müəyyən edilib. Bəs bunun səbəbi nədir?  

Tədqiqatçılar, dırnaqları yeyən insanların ümumi emosional dinamikalara sahib olduqları qənaətindədirlər. Bu tip  insanlarda əvvəlcə "mükəmməl olma" duyğusu önə çıxır. Daha sonra "bağımlı olma" duyğuları aktiv olur. Hətta alimlərin fikrinə görə, əgər bir işin doğru görülməsini istəyirsinizsə onu dırnaqlarını yeyən birinə həvalə edə bilərsiniz.

Çünki dırnaqları yeyən insanlar bunu mütləq nəyəsə diqqət yönəltmək üçün etdiklərinə inanırlar. Qeyd edək ki, dırnaqları yeyən insanlar adətən kitab oxuyarkən, nə isə seyr edərkən, səs dinlədikdə və ya diqqəti tələb edən bir işə başladıqda bunu edirlər. BU onları son dərəcə diqqətli edir.
Araşdırmacıların bir qismi, bu vərdişdən əziyyət çəkənləri rahat buraxmaq lazım olduğunu söyləyir. Digər qrup araşdırmacının fikrinə görə isə, dırnaqdakı bakterialar  orqanizm üçün çox təhlükəlidir.Ona görə də,  bu vərdişi qəti şəkildə tərgitmək lazımdır.
PAYLAŞ
FACEBOOK
TWITTER
EMAIL
GOOGLE+
WHATSAPP Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...