Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19092
az

Ən yaxşı pulsuz ağrıkəsici - Hər kəs üçün əlçatan "vasitə"

22:4916 Oktyabr, 2019
535
CƏMİYYƏT
  • A
İngiltərədə maraqlı araşdırma aparılıb.

Oxu2.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tranford Universitetinin tibb fakültəsinin ağrı mərkəzində aparılan araşdırma nəticəsində ən yaxşı ağrıkəsicinin "sevgi" olduğu aşkarlanıb. Məlum olub ki, sevgi hissinin kokaindən belə daha güclü təsiri var.

Təcrübə prosesində iştirak edən 15 nəfərin (8 qadın və 7 kişi) FMRI vasitəsi ilə beyni görüntülənərək onlarla maraqlı test aparılıb.

Testə əsasən, 15 nəfərin hər birinin əlinə ağrı hiss etdirəcək cihaz verilib və onlardan bir neçəsinin qarşısındakı monitorda bu anda sevgilisinin şəkli göstərilib.

Məlum olub ki, ağrı ötürülən zaman sevgilisinin şəklini görən şəxslər digərlərinə nisbətən ağrını daha az və gec hiss edib.

Bu, sevgi hissinin insan beynində dopamin, seretonin və noradrenalin kimi hormonların ifrazını artırması ilə əlaqədardır.

Bununla da, sevgi hissinin ağrıkəsici təsiri olduğu elmlə sübut olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil