Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18850
az

Azərbaycanlılara kompensasiya ödəniləcək? - Açıqlama

21:0509 Oktyabr, 2019
559
CƏMİYYƏT
  • A
  Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayaraq Azərbaycanla oyunun UEFA-nın verdiyi cəza səbəbindən azarkeşsiz keçirəcəyini bildirib. Bəyanatda qeyd olunub ki, maçtı ancaq 14 yaşına qədər olan uşaqlar izləyə bilər.
Bəs görəsən, bu oyun üçün bilet alan azərbaycanlı azarkeşlərin aqibəti necə olacaq? Onlar pullarını necə qaytara bilərlər?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan AFFA-nın mətbaut xidmətinin rəhbəri Firuz Abdulla belə halla üzləşən azarkeşlərin Macarıstan Futbol Federasiyasına müraciət etməli olduqlarını bildirib:

“Biletlə bağlı hansısa azarkeşdən bizə müraciət daxil olmayıb. Çünki bu biletləri biz satmamamışıq. UEFA-nın qadağasından sonra da bizə müraciət edən olmayıb ki, biz bilet almışıq, biletimiz əlimizdə qalıb. Mən Macarıstan Futbol Federasiyası adından qaydaları deyə bilmərəm. Amma belə bir qayda var ki, fors-major hallarda biletlər satılıbsa, federasiya onu alanlara kompensasiya tətbiq etməlidir və edir. Adətən belə olur. Yenə də qeyd edim satış biz yox, Macarıstan Futbol Federasiyası tərəfindən olub.

Belə hallarla üzləşən azarkeşlərimiz də ora müraciət edə bilər. Adətən səfər oyunlarında azarkeşlər bizə müraciət etdikdə federasiya ilə əlaqə saxlayıb onları biletlə təmin edirdik. Amma bu oyunda azarkeş olmayacaq deyə onlara müraciət etməmişik”.

Xatırladaq ki, Macarıstan – Azərbaycan matçının azarkeşsiz keçməyinə səbəb Macarıstan yığmasının azarkeşlərinin sentyabrın 9-da Slovakiya ilə ev oyunu zamanı irqçi davranışlara yol vermələridir. Sözügedən oyunda fanatlar pirotexniki maddələrdən istifadə edib, həmçinin meydana yad cismlər atıblar. Baş verənlərə görə Macarıstan Futbol Federasiyasına 67,125 avro cərimə kəsilib.

Qarşılaşmada Slovakiya fanatlarının da irqçi davranışlara yol verməsi səbəbindən 10 oktyabr 2019-cu il tarixində Slovakiya – Uels oyunu da boş tribunalar önündəkeçiriləcək. Slovakiya Futbol Assosiasiyası isə 20,000 avro cərimə ödəyəcək. Mətbuatda bu halla üzləşən azarkeşlərə kompensasiya ödəniləcəyi ilə bağlı məlumatlar da yayılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO