Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17986
az

Həzrət Əbülfəzl Abbasın həyat yoldaşı kim olmuşdur?

22:5316 Sentyabr, 2019
922
CƏMİYYƏT
  • A
Həzrət Abbas İmam Əlinin (ə) Ümmül-bənin adlı qadınla izdivacından doğulan 4 oğuldan birincisidir. O, hicri 26-cı ildə dünyaya gəlmişdir. Həzrət Abbas atasının şəhadətindən sonra, İmam Həsənin (ə) imaməti dövründə, təqribən 20 yaşında ikən ailə qurmuşdur. Həzrət Abbasın həyat yoldaşı - Peyğəmbərin əmisi oğlu, məşhur Quran təfsirçisi Abdullah ibn Abbasın qızı Lübabədir. Lübabə imanlı və savadlı bir qadın idi. Onların izdivacından Übeydullah adlı oğul doğuldu.

Oxu24.com islam.az-a istinadən bildirir ki, bəzi məlumatlara görə, onların Fəzl adlı başqa bir oğulları da olub ki, Həzrət Abbasa buna görə Əbül-Fəzl künyəsi ilə müraciət edilirmiş. Bəzi mənbələrdə yazılıb ki, Kərbəla faciəsindən sonra Lübabə İmam Həsənin (ə) oğlu Zeydə ərə getmiş və onların Nəfisə adlı qızı olmuşdur. Bu izdivacdan Həsən adlı daha bir övladın da doğulduğunu yazırlar.

Bəzi mənbələr Həzrət Abbasla Lübabənin 4 oğlunun olduğunu, bunlardan bir neçəsinin, hətta hamısının Kərbəlada şəhid olduğunu xəbər vercə də, bu məlumatlar mötəbər sayılmır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA: