Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17981
az

Geyimdə hansı rənglərə üstünlük vermək bəyənilir?

19:5816 Sentyabr, 2019
416
CƏMİYYƏT
  • A
Əvvəla, bunu qeyd edək ki, dinimiz hər zaman təmiz və səliqəli geyinməyi təşviq edir. Kirli, səliqəsiz, başqalarına narahatlıq gətirən libasları geyinmək bəyənilmir. Xüsusilə, cəmiyyət içinə çıxdıqda, məscidə getdikdə bu qaydaya riayət etmək çox mühümdür. Hətta dinimiz məscidə gedən adamın sarımsaq və soğan yeməsini də bəynmir ki, ətrafdakılar pis qoxudan əziyyət çəkməsinlər. Namaz qılan zaman da ətir səpmək, təzə libaslar geyinmək müstəhəbdir, çünki insan Allahın və mələklərin qarşısında qərar tutur. Libasın təzə olması mühüm deyil, əsas odur ki, təmiz və səliqəli olsun. Dinimiz ağ və ya digər açıq rəngli paltarları geyinməyi daha çox təşviq edir.

Oxu24.com islam.az-a istinadən bildirir ki, çünki əvvəla bu paltarlar tez kirləndiyi üçün, insanı təmizliyə riayət etməyə vadar edir. İkincisi, açıq rəngli parça isti mühitddə Günəş işığını yaxşı əks etdirir və dərinin "nəfəs almasını" təmin edir. Bəzi hədislərdə sarı rəngli geyimə üstünlük vermək barədə tövsiyələrə rast gəlirik. Məhərrəmlik kimi matəm günlərində tünd rəngli geyimlər daha çox bəyənilir. Geyim diqqəti cəlb etməsə daha yaxşıdır. Zəmanənin dəbinə uyğun olan, çox seçilməyən, qəribə qarşılanmayan geyimlər dinimizdə xoş qarşılanır. Xüsusilə, qadınlar şəriətin lazım bildiyi örtük həddinə riayət etməklə yanaşı, diqqəti cəlb etməyən, alabəzək olmayan libaslar geyinməlidirlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil