Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17942
az

Əvvəlcə onun başına yaylıq bağladı, sonra üzünə tüpürdü — Həsənağa Turabovla bağlı MARAQLI FAKT

21:1515 Sentyabr, 2019
1282
ŞOU-BİZNES
  • A
Sosial şəbəkədəki səhifələrin birində mərhum aktyor Həsənağa Turabov haqqında maraqlı bir fakt yazılıb.
Əhvalatı olduğu kimi təqdim edirik:
“Böyük sənətkarımız Həsənağa Turabovu qonaq çağırırlar. Bir az gec gedir. Qapıya yaxınlaşanda eşidir ki, qonaqlardan biri onun haqqında danışır, qeybət edir. Özünü saxlaya bilmir, içəri daxil olur və masaya yaxınlaşır. Hər kəs başa düşür ki, Həsənağa müəllim bütün danışıqları eşidib. Hər kəs ondan çəkinərdi. Həsənağa müəllim onu qonaq çağıran kişinin arvadını yanına çağırır və xahiş edir ki, başındakı yaylığı çıxarsın. Qadın başındakı yaylığı çıxarıb ona verir. Həsənağa müəllim arxasınca nahaqdan danışan adamı ayağa qaldırır, qadının yaylığını onun başına bağlayır və üzünə tüpürüb deyir:

“Məclisdə kişilərlə oturun. Mən bu adama çox yaxşılıq etmişəm, amma kişiyik, gərək deməyək. Dünən ayaqqabısı cırıq idi, barmağı çölə çıxırdı. Ürəyim dözmədi, cibinə pul qoydum, o da gedib özünə ayaqqabı alıb və o ayaqqabıları geyinib qaça-qaça gəlib burda mənim arxamca danışır”.
Həsənağa müəllim onun üzünə tüpürür və ordakılarla da bir daha oturmur. Deyir ki, kişinin yanında qeybət etməzlər, siz də kişi deyilsiniz! Məclisi tərk edib gedir...”

Qeyd edək ki, Azərbaycan SSR dövlət mükafatı laureatı, Azərbaycan SSR-nin xalq artisti, "Şöhrət" ordeni laureatı, SSRİ Ali Sovetinin deputatı olan sənətkarımız 2003-cü ildə 64 yaşında vəfat edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil