Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17810
az

“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək”adlı layihə başladı

11:1812 Sentyabr, 2019
836
CƏMİYYƏT
  • A
 

Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək”adlı layihənin icrasına başlamışdır.

Layihənin məqsədi Layihənin əsas məqsədi məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstəyin göstərilməsi üçün tədbirlərin təşkilindən ibarətdir.Layihə 3 ay müddətində Ağdam və Bərdə rayonlarında həyata keçiriləcəkdir.

10/09/2019-cu il tarixində layihə çərçivəsində Ağdam rayon Əlağalı Mədəniyyət evində təlim keçirildi.Təlimdə layihə rəhbəri Ətrabə Məmmədova layihə və donor haqda ətraflı danışdı. Bildirdi ki, “Son zamanlar xüsusi amansızlığı ilə yadda qalan məişət zorakılıqları nəticəsində baş verən ağır cinayətlər artmaqda davam edir.Kişinin öz həyat yoldaşına qəsd etməsi və ya əksinə , oğulun atanı öldürməsi və s. halları artıq demək olar ki adiləşib. Bu vətəndaş cəmiyyəti olaraq bizi də narahat edir .Və bütün bunların qarşısını almaq üçün çoxlu sayda tədbirlər həyata keçirmək,maarifləndirmə işləri aparmaq lazımdır .

Təlimi Şərqiyyə Dadaşova aparırdı. O,məişət zorakılığı ,səbəbləri , nəticələri və “Məişət zorakılığının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunu haqda geniş məlumat verdi .Sonra müzakirələr oldu. Məişət zorakılığı zəminində baş verən cinayətlərə qarşı mübarizəyə ictimai dəstəyin göstərilməsi üçün təkliflər dinlənildi. . İştirakçıların mövzu ilə bağlı sualları cavablandırıldı.

Ağdam rayon Əlağalı Mədəniyyət evinin müdiri Ə.Hicran Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və “ Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinə təşəkkür etdi.
Təlimdə 25 nəfər iştirak edib.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi
Bakıda bazarda ciddi nöqsanlar aşkarlandı
Əvvəl ananın, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİLƏR

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər