Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17765
az

Bakıda avtomobil alverçisi olan 2 qardaş müştəri tərəfindən bıçaqlandı

09:3611 Sentyabr, 2019
878
KRİMİNAL
  • A
 

Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislər xəstəxanaya çatdırıb.

Oxu24.com  APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu 1-ci mikrorayonda baş verib.

Belə ki, 38 yaşlı Tahirov Etibar Təşkilat oğlu hələlik adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını 1 saylı şəhər xəstəxanasına çatdırıb. Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb.

Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri E.Tahirovun mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.

Maşın almaq istəyən müştəri tərəfindən bıçaqlanan Etibar Tahirovun qardaşı, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu da 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Məlum olub ki, müştəri əvvəlcə Cavid Tahirovu, sonra isə Etibar Tahirovu bıçaqlayıb. Cavid yaxınları tərəfindən evə aparılsa da, vəziyyəti ağır olduğundan xəstəxənaya gətirilib.




{banner_reklam}


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu