Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17709
az

TƏCİLİ: Azərbaycanda qarayara xəstəliyi yayıldı

15:0509 Sentyabr, 2019
765
TİBB
  • A
 
Sabirabadda daha iki nəfər qarayara xəstəliyinə yoluxub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ət satışı ilə məşğul olan 2 nəfər Sabirabad rayonunun Qaragüney və Həşimxanlı kənd sakinləri qarayara xəstəliyinə yoluxublar.

AQTA-nın Salyan regional şöbəsindən faktı təsdiq etsələr də, təffərrüatlar barədə əlavə məlumat almaq mümkün olmayıb. Xəstəliyə yoluxan şəxslər Sabirabad rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinə yerləşdiriliblər. Qaragüney kənd sakininin kəsdiyi heyvanda qarayara xəstəliyi aşkar edilib. Həmin heyvanın əti Şirvan şəhərində fəaliyyət götərən qəssablardan birinə satılıb. Qəssabın bildirdiyinə görə, ət sümükdən ayrılıb və hazırda hansı məqsədlər üçün istifadə olunduğu aydınlaşdırılır.

Faktla bağlı AQTA-nın Salyan regional şöbəsi tərəfindən araşdırmalar aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 34 və 26 yaşlarında 2 nəfər Sabirabad sakini rayon mərkəzi xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bəzi xəstəliklər barədə niyə danışılmır? -
Kişilər üçün həyəcanlı xəbər: Pivə sonsuzluq yaradır
Seks üçün ən ideal yaş açıqlandı - MÜTƏXƏSSİSLƏR