Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17657
az

Quş parkda oynayan uşağın gözünü tökdü - Sağsağanların təhlükəli olduğu barədə...

19:0807 Sentyabr, 2019
600
  • A
Avstraliyada parkda oynayan uşağın gözünü sağsağan kor edib.

Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə altı yaşlı Finnin valideynləri Channel 7-in jurnalistlərinə deyiblər.

Hadisə Qərbi Avstraliya ştatının Klarko qoruğunda baş verib. Uşaq parkda gəzirmiş, quş ona yaxınlaşıb və sağ gözünə dimdik atıb.

"O, əliylə sağ gözünü örtüb qışqıraraq mənə doğru qaçdı. Gözünün hər iki qırağından qan axırdı", - Finnin anası Steysi deyib.

Uşağı dərhal xəstəxanaya çatdırsalar da, həkimlər heç nə edə bilməyiblər - uşaq sağ gözü ilə daha görmür.

Steysinin sözlərinə görə, sağsağanların təhlükəli olduğu barədə qoruqda yerləşdirilmiş xəbərdarlıq lövhələrinə əhəmiyyət verməyib. İndi isə əri ilə birlikdə başqa ailələri də təhlükəli quşlar barədə xəbərdar edirlər.

Adətən, sağsağanlar yuxarıdan hücum edirlər, Finnlə olan hadisə zamanı isə quş aşağıdan şığıyıb. Finnnin atası Şon deyib ki, hər il təxminən 5-6 uşaq sağsağanların aqressiv davranışından əziyyət çəkir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...