Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17271
az

Ər-arvad hamiləliyə 2 il əvvəldən hazırlaşmalıdır - Bunları etməlisiz

22:0128 Avqust, 2019
660
CƏMİYYƏT
  • A
Uşaq planlaması və döllənməyə hazırlıq cütlüklər üçün xüsusi ərəfə olmalı, kişi-qadın ən azı 2 il əvvəldən öz həyat tərzi və sağlamlıqlarında dəyişiklik etməklə, sağlam uşaq dünyaya gətirmək üçün ciddi işlər görməlidir. Bura artıq çəki atmaq, arıqlamaq, siqareti azaltmaq, düzgün qidalanmaq və bəzi vitaminlərin defisitini aradan qaldırmaq aiddir.

Oxu24.com medicina.az-a istinadən bildirir ki, bir çox həkimlərin qoyduğu 3 ay vaxt, xüsusən fol turşusunun, D vitamini və s. tez-tələsik 2-3 aya qəbulu ilə kifayətlənmək düzgün deyil.

Reproduktiv bioloq Qreys Daqdeyl bildirir ki, insanların evlənən kimi növbəti aydan hamiləlik gözləməsi və 2-3 ay vitamin qəbulu, müayinə və müalicələr həm ata-ananın, həm də gələcək dölün sağlamlığında faydalı dəyişikliklərin görülməsi üçün çox azdır.

Evləndikdən sonra həyat tərzinin dəyişilməsi və gələcək uşağa xatir qidalanmanın  sağlam olması üçün ən azı 2 il tələb olunur. Ona görə çütlüklər sonsuzluqdan şikayətlənir və tez dərman müalicəsinə qaçır. Halbuki birlikdə sağlam həyata başlasalar, idman etsələr, infeksiyaları müalicə etdirsələr, arıqlasalar, vitamin qəbul etsələr, qısa müddətdə rahat hamiləlik baş verəcək.

Qadınılarda artıq çəki və piy yumurtahüceyrənin yetişməsinə mənfi təsir edir.
Ananın çəkisi və pəhrizi həm döllənmədən əvvəl, həm də sonra uşağa çox təsir edir.

Arıqlamaq üçünsə 1 il vaxt lazımdır.

Kişilər üçünsə vacib addım siqaret və içkini azaltmaqdır.
Spermanın keyfiyyətini artırmaq üçün idmana yazılmaq, açıq havada çox olmaq, tərəvəz və yaşıl yarpaqlı ərzaqlar yemək, mikroelementlər qəbul etmək lazımdır.

Vitamin D isə embrionun uşaqlıq divarına möhkəm bərkiməsi üçün vacibdir.
Gələcəh analar yod defisitini aradan qaldırmalıdır, yodla zəngin qidalar qəbul etməlidir.

Alimlər cütlüklərə Aralıq dənizi dietası, qoz, fındıq, paxla, toxum, yağlı balıq yeməyi tövsiyyə edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı