Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17043
az

7 il əvvəl qəzaya düşən şəxsin cinsi fəaliyyəti bərpa olundu

16:4222 Avqust, 2019
514
DÜNYA
  • A
 
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi zəifliyinin aradan qaldırılması üzrə unikal əməliyyat icra olunub.

Oxu24.com  xəbər verir ki, urologiya kafedrasının professoru İlham Əhmədov və komandasının icra etdiyi əməliyyatla ağır qəzadan sonra 7 dəfə əməliyyat olunmuş gənc xəstəyə penoskrotal 3-lü şişirilə bilən protez qoyulub və onun cinsi fəaliyyəti bərpa olunub.

İ.Əhmədovun sözlərinə görə, klinikaya 32 yaşlı xəstə total erektil disfunksiya (cinsi fəaliyyətin olmaması) ilə bağlı müraciət edib. Bununla yanaşı, xəstə 7 il əvvəl keçirdiyi avtomobil qəzasında çanaq zədələnməsinə məruz qalıb. Bundan sonra 7 dəfə müxtəlif əməliyyat keçirib: dəri autotransplantasiyası, uretraplastika, meatotomiya və s. Xəstə dəfələrlə konservativ müalicə alsa da heç bir effekti olmayıb:

"Odur ki, avqustun 16-da xəstəyə ümumi anesteziya altında üç parçalı penil protezin implantasiyası penoskrotal yolla əməliyyatı keçirilib. Əvvəllər bu əməliyyatı qasıq üstü nahiyədən həyata keçirirdik. İndi isə penoskrotal nahiyə ilə travmanı minimuma endiririk. Bununla da əməliyyatın gedişinin effektivliyi və xəstə məmnunluğu 95-98% -ə çatır”.

Professor bildirir ki, adətən bu xəstələr 3 mərhələli - dərman, iynələr və vakuumla müalicə alırlar. Əgər bu üsullar effekt verməsə, bundan sonra penil - protez implantasiyası həyata keçirilir. Bu zaman cinsi orqanın mağaralı cisminə silikon protez, sidiklik önü nahiyəyə rezervuar və xayalıq nahiyəsinə pompa (şişirilə bilən) qoyulur və onlar xüsusi cihazlarla bir-birinə birləşdirilir. Pompanın şişirilməsi ilə rezervuar mayesi cinsi orqanın içindəki boruları dolduraraq onu sərtləşdirir.

Xəstə cinsi əlaqədən sonra pompanın yanında qoyulmuş bir düyməni basmaqla prosesi əksinə çevirir - yəni, maye rezervuara gedir və cinsi orqan yumşalır. Həkim bildirir ki, normalda kişilərdə cinsi orqanın sərtliyi 100 civə sütununda olur. Bu aparat ilə isə sərtlik 120 civə sütununa catır. Bu proses zamanı eyakulyasiya hissiyyata heç bir təsir göstərmir. Protezlər kənardan görünmür və hiss edilmir. Xəstə istədiyi sərtliklə normal cinsi əlaqədə ola bilər. Bu protezlər orqana ziyan vermir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Tbilisidə polis kütləvi həbslərə başladı
Moskvada zavod yanır - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ölkəyə 87 kq narkotik gətirən şəxs saxlanıldı - VİDEO