Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1665
az

Günün ulduz falı: 12 may, 2018

23:4111 May, 2018
1542
CƏMİYYƏT
  • A
 Oxu24.com xarici astroloqların proqnozları əsasında günün ulduz falını təqdim edir

Qoç – Ümumi dünyagörüşünü genişləndirmək üçün bu gün əla fürsətlər olacaq. Məhz bu gün şəxsi həyatınızla bağlı hansısa problemi həll edə bilərsiniz. İstifadə etməyə hazırlaşdığınız dərman preparatlarının üzərindəki istifadə tarixçəsinə baxmağı unutmayın, əsla qəbul dozasını aşmayın. Təyyarəyə minmək üçün uğurlu gün deyil.

Buğa – yüksək vəzifəli şəxs və ya rəhbərliyin sizi dəstəkləməsi gözlənilir. Peşəkar məsələlərin həllinə diqqət yetirin. Romantik əhval – ruhiyyə darıxdırıcı işlə məşğul olmağa mane olacaq. Maliyyəçilərin işi yaxşı gedəcək.

Əkizlər – İşgüzar gündür. Qızınızın və ya oğlunuzun evə gec qayıtması sizi narahat edəcək. İşdə öz təkliflərinizi irəli sürməkdən çəkinməyin. Yaxın qohumlarınızla münaqişə gözlənilir.

Xərçəng – Gün yüksək aktivliklə yadda qalacaq. Sizin bu günkü soyuqluğunuz əzizləriniz tərəfindən diqqətsizlik kimi qiymətləndiriləcək və incikliyə səbəb olacaq. Uzaq gələcəyi düşünməyənləri yaxın günlərdə ailə ilə bağa və ya meşələrə səfər zamanı xırda problemlər gözləyir.

Şir – Təcrübəniz əlinizdə olan vəsaitlərlə düzgün davranmağınıza kömək edəcək. Cazibədar təkliflərə aldanmayın. Müxtəlif mövzularda ünsiyyət, dostlara görüş, tərəfdaşlıq və mədəni tədbirlərin keçirilməsi üçün yaxşı gündür. Axşamı ailənizlə birlikdə keçirin.

Qız – Bu gün xüsusi dözüm və yanaşma tələb edən ikili vəziyyətlər günüdür. Əvvəllər sizə minnətsiz yardım etmiş adamların borcunu qaytarmalı olacaqsınız. İşə gecikə bilərsiniz. Bu gün ağlınıza çox məhsuldar ideyalar gələ bilər.

Tərəzi – Bu gün dəyişikliklər gözlənilir. Dostlarla görüş maraqlı ola bilər. Kollektivlə hansısa tədbirə getmək üçün əlverişsiz gündür. Bu gün fərdi qaydada hər sahədə uğurlar vəd edir. İşdə müdirlə münasibətlərdə ehtiyatlı olun.

Əqrəb – Bu gün əks  cinsin nümayəndələrinin böyük diqqəti ilə qarşılaşacaqsınız. Əgər yaxşı zəhmət çəkmisinizsə bu gün bəhrəsini görəcəksiniz. Yeni tanışlıq üçün yaxşı gün deyil. Uğura və qələbəyə aparan yolda bütün sınaqlara bu gün səbirlə yanaşın. Valyuta satmaq üçün sərfəli gündür.

Oxatan – Bu gün həyat  gücünüzün və yaradıcı enerjinizin aşağı düşdüyünü hiss edəcəksiniz. Hansısa mübahisədə  tərəfləri barışdırmaq cəhdiniz odun üstünə yağ tökmək kimi nəticələnəcək. Planlamadığınız gəlirlər olacaq. Bu gəlirləri ailəvi məzuniyyətə və ya uşaqlarınıza xərcləyəcəksiniz. Məişət söz – söhbətləri olacaq.

Oğlaq – Bu gün səsiz və sakit olmanız lazımdır. Bu gün həmişəkindən daha ciddi və əməksevər olacaqsınız. Həddən artıq yüklənməyiniz əsəsblərinizi korlaya bilər. Dərman içərkən diqqətli olun.

Dolça – Yaradıcılıqla məşğul olmaq üçün yaxşı gündür. Yaxın adamlarınız sizi məyus edəcəklər. Qohumlarınız maraqlı və gəlirli işə düzəlməyinizə kömək edəcəklər. Nüfuzlu şəxslərlə görüş gözlənilir.

Balıqlar – İşgüzar başlanğıclar üçün yaxşı gündür. Sevgilinizin və həyat yoldaşınızın dəstəyinə ümid edin. Xarici təşkilatlarla əlaqəyə girməkdən çəkinməyin. Ağlınıza gözəl ideyalar gələcək.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı