Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16518
az

Peyğəmbərimiz bir kişiyə salavatı necə qaytardı

17:4206 Avqust, 2019
561
CƏMİYYƏT
  • A
Bir mömin kişi Məkkədə Kəbəni təvaf edən zaman duaların yerinə salavat göndərirdi. Təvaf namazından sonra da duaların yerinə salavat göndərir. Səfa və Mərvədə səy edən zaman o, salavat deyir, Ərəfat və Minada hamı dua oxuyan zaman o salavat deyir. Ondan soruşurlar ki, səndən salavatdan başqa bir şey eşitməmişik.

Deyir: "Mənim hekayəm vardır. Atam bu ziyarət yolunda xəstələndi və can verdi. Gördüm ki, vəziyyəti çox ağırdır. Əzab çəkdiyi üzündən məlumdur, nalə çəkir və deyir ki, yandım, yandım!

Allaha pənah apardım. Dedim ki, Allahım, atam bu halda ölməsin, bu mənim üçün rüsvayçılıq olar. Bir qədər keçdi və gördüm ki, vəziyyəti dəyişdi. Get-gedə üzünün qara rəngi açılmağa başladı. Rahat oldu və bu halda dünyadan getdi. Dedim ki, Allahım, mən onun necə getdiyini bilmək istəyirəm? Yuxuda atamı gördüm ki, rifah içindədir və onun halını soruşdum.

Mənə dedi: "Mənim halım əvvəl sən gördüyün kimi idi, ancaq sonda sonuncu Peyğəmbərdən (s) bir nida gəldi: "Ey o kəs ki, ömrü boyu mənə çoxlu salavat göndərib. İndi mənim onun əvəzini vermək vaxtımdır". Bütün bunlar Həzrət Muhəmmədin (s) salavat qarşılığında verdiyi hədiyyələrdir. O gündən mən qərara aldım ki, salavatdan əl çəkməyim".

Salavatın onu göndərəni üçün həm dünya və həm də axirət savabları vardır. Dünyada olan zaman salavat duaların və hacətlərin qəbul olmasına şərait yaradar. Mal-dövləti artırar, yoxsulluğu aradan aparar, günahları bağışlanar, borcunu qayatarar, xoş ətirli olar, yaddaşı yerinə qayıdar, nifaq aradan gedər, çətinlikdən nicat verər, onu deyən sağlam olar, məqsədində olan yuxunu görmək və Qaim İmamı (ə.f) dərk etməyə yardım edər.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Salavat göndərmək yoxsulluğu aradan aparar".

İmam Sadiq (ə) buyurur: "Hər kim sübh və zöhr namazından sonra desə ki: "Əllahummə salli alə-Muhəmmədin və ali-Muhəmməd və əccil-fəracəhum", Peyğəmbərin (s) nəslindən olan İmam Qaimi (ə) dərk etmədən və onun görüşünə nail olmadan ölməz".

İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Mənə və Əhli-beytimə salavat və salam göndərmək - nifaqı aradan aparar". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şaftalı bu xəstəliyi olanlara faydalıdır
Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?
Bəzi yollarda duman olacaq

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü