“İyul ayının sonuncu həftəsinə az qalmasına baxmayaraq, biz hələ də sahələrdən kütləvi şəkildə məhsul yığa bilmirik”.Bu barədə Bizimyol.info-ya Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Nicat Nəsirli bildirib.
O deyib ki, havalar axşamlar sərin olur, gündüzlər isə yağış yağır: “Birincisi, belə hava şəraitində bitki öz məhsulunu yetişdirə bilmir. İkincisi, fermer məhsulu yığmaqda maraqlı olmur. Çünki fermer məhsulunu qorumaq məcburiyyətində qalır”.
N.Nəsirlinin sözlərinə görə, növbəti həftələrdə sahələrdən məhsulların kütləvi yığılma dövrü başlayacaq: “Qeyd edim ki, kava şəraiti ilə bağlı kütləvi məhsul yığımında 25 gün gecikmə oldu. Bu da qiymətlərə təsir göstərdi”.
Nazirliyin rəsmisi bildirib ki, iyul ayının 12-dən 19-a kimi bazarlarda monitorinq aparmıblar: “Biz görürük ki, Bakının əsas topdansatış məntəqələrində salyan pomidorunun qiymətində 19 faiz ucuzlaşma baş verib. Salyan rayonunda istehsal olunan digər məhsullarda isə 10 faiz ucuzlaşma müşahidə edirik. Son bir həftə ərzində soğanın qiymətində 17 faiz uzuclaşmaya nail olmuşuq. Əhali üçün ikinci çörək hesab olunan karfotun qiymətində 4 faiz uzuclaşma var”.
Oxu24.com
ŞƏRHLƏR