İran, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi üçün fəaliyyət göstərən 17 cəsusu həbs edib.
Oxu24.com “euronews”ə istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, dəstə üzvlərindən bəziləri edama məhkum edilib.
Onların kimlikləri və hansı ölkənin vətəndaşları olduqları açıqlanmır. Xatırladaq ki, ötən ay İranın Müdafiə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsi üçün işləyən bir İran vətəndaşını edam etdiyini açıqlamışdı.
Oxu24.com
ŞƏRHLƏR