Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15880
az

Sumqayıtda kuryoz olay: Sürücünün barmağında üzük qaldı, FHN köməyə gəldi

10:0319 İyul, 2019
934
CƏMİYYƏT
  • A
 
Sumqayıtda bir gəncin başına maraqlı hadisə gəlib. Hər gün barmağında olan üzük İmamqulu Yusifovun başına bəla olub.

Oxu24.com  Xəzər TV-yə istinadən xəbər verir ki. əlinin şişməsi nəticəsində barmağındakı üzük ona narahatlıq yaradıb. Üzüyü çıxara bilməyən gəncin köməyinə həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çatıb.

Həkimlər baramaqda qalan üzüyü çıxarmağa çalışıb, amma bütün texniki avadanlıqlar işə yaramayıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 31 yaşlı İmamqulu Yusifov müraciət edib. Onun şikayəti əlinin şişməsi nəticəsində barmağında qalan gümüş üzük olub. Həkimlər üzüyün kəsilərək çıxarılmasını məsləhət görüblər.

Əvvəlcə texniki vasitələrdən istifadə edilməklə özləri buna cəhd etsələr də, bu, mümkün olmayıb.

Sonra əraziyə çağırılan FHN-nin Sumqayıt Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə hissəsinin əməkdaşkarı barmaqda üzüyü çıxarmağa müvəffəq olublar.

Xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə gəncin barmağından üzüyü çıxarıblar.
Üzükkəsmə əməliyyatı uğurla başa çatıb. İmamqulu Yusifovun kəsilmiş barmağı sarılıb.

Qeyd edək ki, İmamqulu Yusifov Bakı-Sumqayıt marşrutu üzrə sürücü kimi fəaliyyət göstərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...