Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15815
az

Seyfulla Mustafayevdən Mirşahinin fikirlərinə sərt REAKSİYA

12:0217 İyul, 2019
732
CƏMİYYƏT
  • A
 
“Real” TV-nin rəhbəri Mirşahin Ağayevin tanınmış jurnalist Əvəz Zeynallının “Qaynar qazan” layihəsinə verdiyi geniş müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 
Müsahibədə vaxtilə ANS TV-nin rəhbərliyində çiyin-çiyinə çalışdığı Vahid və Seyfulla Mustafayev qardaşları ilə münasibətlərinin pisləşdiyini gizlətməyən Mirşahin Ağayev artıq onlarla əlaqələrinin kəsildiyini və hazırda danışmadıqlarını etiraf edib.

 
ANS TV ilə bağlı suallara cavab vermək istəməyən M.Ağayevin sözlərindən belə anlaşılıb ki, Vahid və Seyfulla Mustafayev “Real” TV-nin açılmasından xoşhal olmayıblar və ondan inciyiblər.


Sosial şəbəkədəki müzakirələri nəzərə alan Modern.az-ın əməkdaşı Seyfulla Mustafayevlə əlaqə saxlayaraq, “Real” TV-nin fəaliyyəti, Mirşahin Ağayevin fikirləri haqda münasibət öyrənəməyə çalışıb. Lakin ona verilən suallara bərk əsəbiləşən Seyfulla Mustafayev “Mən buna münasibət bildirməyəcəm” deyə sərt reaksiya nümayiş etdirərək, danışmaq istəmədiyini vurğulayıb.


Xatırladaq ki, Milli Teleradio Şurası Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı ildən etibarən dayandırılması barədə qərar qəbul edib.

 

ANS-in lisenziyasının ləğv edilməsinə səbəb kimi Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq göstərilib.  Bu ittihamda televiziyanın Fəthullah Gülənə dəstək verdiyi iddia olunmuşdu.

 

Qeyd edək ki, Vahid Mustafayev ANS TV-nin prezidenti, Seyfulla Mustafayev və Mirşahin Ağayev isə telekanalında vitse-prezidenti işləyirdilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Viaqra effekti verən qidalar – SİYAHI
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil