Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1559
az

Məşhurlar “Eurovision”dakı UĞURSUZLUĞUMUZDAN danışdı: “Rəngsiz-soyuq əcnəbi musiqiləri...”

12:2309 May, 2018
1371
DÜNYA
  • A
Xəbər verdiyimiz kimi dünən Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.
Oxu24.com-un Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan müsabiqədə iştirak etməyə başladığı 2008-ci ildən bu yana ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazana bilməyib. İlk yarımfinalda 1 nömrə altında “X my heart” mahnısı ilə çıxış edən təmsilçimiz Aysel Məmmədova uğursuzluğa düçar olub.
Müğənni və tanınmış aparıcı Murad Arif məsələ ilə bağlı fikirlərini paylaşıb. O, sözügedən müsabiqə üçün mahnıların xarici ölkələrdən alınmasına qarşı çıxıb:

“İsveç-Yunan mahnılarıyla təmsil olunan Azərbaycan “Eurovision”da heç finala da keçə bilmədi... Biz Tünzalə Ağayeva ilə “Popumuz var” proqramında bu ümidsiz mahnı barədə danışmışdıq. Çox təəssüf edirəm. Ən çox da istedadlı qızımız Aysel Məmmədova üçün üzülüdüm. Bilmirəm necə, amma “Eurovision” bu ölkədə estradanı dirçəltməli və sektoru yönəltməliydi, teleməkanı düzəltməliydi. Heç nə etmədi... Bilmirəm niyə belə olur! Niyə biz öz Vətənimizdə tacik-özbək-fars musiqi-ritmlərini xalqa sırıdıq, sevdirdik.
Niyə bütün günü zənginliyimizdən dəm vurub, rəngsiz-soyuq əcnəbi musiqiləri alıb Avropaya göndərdik. Bəlkə, doğrudan da biz buyuq? Yoxsa, axtarmağı, həvəsləndirməyi, çalışdırmağı və üzə çıxartmağı bacarmırıq? Bilmirəm!”.
“Eurovision” üzrə ekspert jürisinin tərkibində yer alan aparıcı Nurlana Cəfərova da məsələyə biganə qalmayıb və bu yarışmada Azərbaycanın payına düşən ilk uğursuzluğu təbii qarşılamağın lazım odluğunu vurğulayıb:

“Biz “Eurovision” finalına keçməyən ilk və yeganə ölkə deyilik. Elə ölkələr var ki, illərlə bu uğursuzluqla rastlaşır. Hər işin ilki ağır olur. Ona görə də, üzülməyək. Gözəl və istedadlı təmsilçimizə bundan sonrakı yaradıcılığında uğurlar və yüksək pillələr arzu edirəm”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisa ana olduqdan sonra yaşadıqlarını danışdı - FOTO
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ
Məşhur teleaparıcıda xərçəng aşkarlandı - FOTO

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi