Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15414
az

Rəqsanədən Təranəyə: "Kaş ki, sənin həbsxanaya düşməyində mənim də əlim olardı" - YENİLƏNİB

20:0908 İyul, 2019
882
ŞOU-BİZNES
  • A
 13:13

Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılova arasında illərdir davam edən qalmaqal yenidən alovlanıb.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Təranənin "ATV maqazin onlarla" proqramında Rəqsanə barədə açıqlamaları olub.  

Təranə verilişdə ad çəkmədən həbsə düşməsində çalışdığı xanım müğənnilərdən birinin əli olduğunu qeyd edib. Bundan əlavə, o, Rəqsanənin bir müddət əvvəl modelyer sözünü "madalyer" kimi işlətməsini də ələ salıb. Prodüser, həmçinin Rəqsanəni zövqsüz və vicdanı olmayan bir müğənni adlandırıb.

Rəqsanənin cavab açıqlamasını isə jurnalist Türkan Məmmədli yayıb.

Müğənni Təranəni "axmaq" adlandıraraq evli kişi ilə sevgili olmaqda ittiham edib:

"Həbsdən sonra da məni unutmayıb. Hara gedirsə, məndən danışır. Susuram, elə bilir ki, deməyə sözüm yoxdur. Kaş ki, sənin həbsxanaya girməyində mənim əlim olardı. Onda fəxr edərdim ki, sənin kimi lazımsız insanın ora düşməsinə səbəbkar olmuşam. Axmaq bir insansan! Qanunlarımız düzgün işləyir. Amma gərək sən azadlığa çıxmayardın. Çünki həbsdən sonra dilin daha da uzandı.

Vaxtı ilə efirlərə çıxırdın, Fərid və Faiq Azayevlər barəsində deyirdin ki, atandır. Ata dediyin insanların "qızları" səni həbs etdirib. Sən hansı vicdandan danışa bilərsən? Qəzaya düşmüşdün, qolu sınıq halda qızımın adına nömrə açıb "odnoklassnik"ə qoydun. Hansı sevgilindən danışırsan? Hava limanında çalışan? İstəyirsən ki, onun atasına zəng vurub deyim ki, oğlunu yığışdır? Məni bu həddə çatdırma! Hansı sevgili? Onun həyat yoldaşı mənə "whatsapp"da gözyaşı axıdır. Həmin qadının da evini yıxmısan".

Müğənni prodüserin "Hər şey daxil" proqramında söylədiyi borc məsələsinə də aydınlıq gətirib:  "Tolikin verilişində deyirsən ki, anam Rəqsanəyə deyib ki, borcunu bağlasın. Mənim sənə borcum var? Hansı borc? Bakı Şəhər Baş Polis İdarəsində tanımadığım yaşlı kişiləri üzümə qoydun. Axırda səni tək qoydular, dedilər ki, bizi qorxudurlar. Allah səni ora da saldı. Amma mən xoşbəxtəm. Mən sənə hörmət etdim, susdum".
Bundan əlavə, ifaçı "madalyer" mövzusuna da toxunub: "Efirdə "madalyer" sözünü demişəm. Rayon qızı olmuşam, indi isə tanınan biriyəm. Mən olduğum məclislərə bu gün camaat həsəd aparır ki, düşsün ora. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mənə nə etmisən? Layihə etmisən, məni tanıtdırmısan? Həbsxanaya girdin, yazdın ki, öz etdiklərinin cəzasını çəkmisən. Mənim başıma açmadığın oyunlar qalmayıb. Sizdən canımı qutarıb Rusiyaya köçdüm".

----------
11:54

Kaş ki, sənin həbsxanaya düşməyində mənim də əlim olardı. Onda mən fəxr edərdim ki, sənin kimi lazımsız insanı həbsxanaya yollamışam.

Oxu24.com ölkə.az-a istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə Təranə Səmədova haqqında danışanda deyib.

Təranənin Rəqsanə və qızı Aysun haqqında verdiyi açıqlama müğənnini hiddətləndirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi