Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15407
az

Yaşlı qadını xəstəxanadan çıxarıb küçəyə atdılar – Foto

18:3608 İyul, 2019
683
CƏMİYYƏT
  • A
  Bu gün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısında dayanacaqda ürək parçalayan olayla qarşılaşdım. Çoxlu insan toplaşdığını görüb yaxınlaşanda təcili yardım həkimlərinin yaşlı bir qadının başı üzərində dayandığını gördüm. Onlar qadını sorğu-sual edirdi. Oturacaqda güc-bəla ilə oturan, 80- dən çox yaşı olan isə nə baş verdiyini belə anlamırdı. O, hamının üzünə baxa- baxa qalmışdı, canının hayında idi. Toplaşanlar ondan adını, harda yaşadığını soruşsalar da, nənədən heç bir cavab gəlmirdi. Nə adını, nə də hardan gəldiyini xatırlaya bilmirdi. Mən olayı görənlərdən nə baş verdiyini öyrəndim; ordakılardan bir neçəsi dedi ki, qadını bura Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının işçiləri – 2 nəfər tibb bacısı qolundan tutaraq gətirib, dayanacağa buraxıb gediblər. Yəni köməyə ehtiyacı olan yaşlı, xəstə adamı küçəyə atıblar.

Mən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimlərindən xahiş etdim ki, qadını burdan götürüb kömək göstərsinlər. Onlar: “Siz hara desəniz, ora aparacağıq” dedilər. Bəzi insanlar polisə zıng vurmağı təklif edirdi. Mən dedim ki, qadını küçədə tapsaydıq, polisə zəng etmək lazım gələrdi ki, araşdırsın. Sahibi yoxdursa, onu dövlət götürüb Qocalar Evinə yerləşdirə bilər. Ancaq bu halda baş verənlər başqa cür idi: qadının xəstəxanada qalma müddəti bitdiyinə görə onu tibb bacıları gətirib bura qoyublar. Məntiq bunu deyirdi. Gerçəyi də öyrəndim – eləymiş. Qadın 15 gün imiş ki, Xəstəxananın kardiologiya şöbəsində müalicə alırmış. Onu xəstəxanada görən şahidləri də tapdım, yaşlı adamın bu xəstəxanada yatdığını təsdiqlədilər. Məlum oldu ki, xəstənin burada qalma müddəti bitib, dalınca gələn olmayıb deyə onu bu istidə tibb bacıları gətirib küçəyə atıb. Bu, insanlığa sığışmayan əməli törədiblər. Yaddaşı da zəif olan bu insan ac, susuz burada necə olacaqdı?! Düşünməyiblər.

Mən Xəstəxananın qəbul şöbəsinə yaxınlaşıb oranın işçilərindən kömək istədim. Bir neçə şöbənin müdiri ilə görüşdüm. Onlar belə bir xəstələrinin olmadığını dedilər. O zaman mən Baş həkimin müavini Etibar Əlləzovun qəbuluna getdim. Baş verənləri ona danışdım, qadını xəstəxanaya geri qəbul etməyi xahiş elədim. Aramızda belə bir dialoq oldu:
Etibar Əlləzov dedi:
– O,bizm xəstəmiz ola bilməz.
– Adamlar şahiddir ki, onu küçəyə sizin tibb bacıları gətiriblər.
– Bu, araşdırılmalıdır. Ondan sonra deyə bilərik ki, bizim xəstəmizdir, ya yox.
– -Tutaq ki, sizin xəstəniz deyil. Yaşlı qadın bu istidə, küçədə köməksiz qalıb. Onu xəstəxanaya gətirib uzandıqmaq lazımdır.
Etibar Əlləzov yenə öz sözündə durdu ki, bu bizim xəstə deyil . Bu təsqdiq olinmalıdı. Mən dedim ki, axı orda yaşlı insandı nə vəziyyətdə başı sallaq qalıb. Onu mütləq əvvəlcə gətirib, uzandırmaq, kömək göstərmək lazımdır. Ondan sonra nə araşdırma aparılırsa-aparılsın.

Bu söhbətdən sonra Baş həkimin müavini qəbul şöbəsinin işçilərinə göstəriş verdi ki, gedib, maraqlansınlar. Dedi: “Araşdırın. Əgər “xəstə bizimdirsə, gətirib təcili xəstəxanaya yerləşdirin”

Mən yenidən qəbul şöbəsinin işçiləri ilə qadının yanına qayıtdım. Təcili yardım həkimləri 2 saatdan çox idi ki, burdaydılar. Görünür, rəhbərlikdən konkret bir göstəriş olmadığına görə xəstəni heç yerə aparmamışdılar. Yaşlı qadını təcili yardım katetasında uzandırmışdılar. Özləri də çox narahat idilər. Bu həkimlərə çox minnətdaram; xəstəyə təkcə həkim kimi deyil, insan kimi yanaşırdılar. Mən onlara jurnalist olduğumu, bizimyol.info saytında işlədiyimi deməmişdim; onları rahatlıqla müşahidə edə bilirdim. Doğrudan da, bacardıqlarını edirdilər. Yasamal rayon Təcili və Təxirəsalınmaz Tibb Xidmətinin bu həkimləri – Xuraman İsmayılova və Əlisahib Salmanov 40 ilə yaxındır bu işdə çalışırlar. Bu gün də əsl həkim olduqlarını göstərdilər. Rüfət Qafarov adlı taksi sürücüsü də əvvəldən axıra kimi köməyini göstərdi – çox zəiyyət çəkdi.
 Yaşlı qadın ayaq üstə dayana bilmirdi. Səndələyirdi. Mən dedim ki, aparaq bu ananı yerləşdirək, sonra araşdıraq, yiyəsi varmı deyə. Yoxdusa müalicədən sonra Qocalar evinə aparılsın. Xəstə Təcili Yardım maşını ilə xəstəxanaya aparıldı. Qeydiyyat şöbəsində əvvəlcə xəstəni tanımadıqlarını bildirdilər. Müdaxilə etdim; Baş həkimin müavininə dediklərimi təkrar dedim. İsrarımdan sonra “öyrəndilər” ki xəstə koordiologiya şöbəsində müalicə alıb. Bu gün müalicəsi bitib deyə buraxıblar.
Mən onlardan hansı həkimin xəstəsi olduğunu soruşsam da, heç kim mənə məlumat vermədi. Dedim: “Xəstəxanada qalma müddəti biribsə, onun yaxınlarından biri gəlib evinə aparmalıdır. Əgər xəstə yaxını gəlməyibsə, onu aparıb küçəyə atmaq olar?! Mən inanmıram ki, bu xəstəyə burda müalicə edilib. Çünki bu xəstənin pulu yoxdursa, inandırıcı deyil ki, onu müaicə ediblər”.
Xəstəxananın tibb bacıları yaşlı qadına çox etinasız yanaşırdılar; ayaqyoluna getmək sitəyən, ancaq ayaqüstə güc-bəla dayanan qadına kömək etmək istəmirdilər. Sonra qadını gözlətdilər: biri dedi orda otursun, biri dedi burda otursun. Təcili yardım həkimlərinin və mənim israrlarımızdan sonra xəstəni 2 saylı korpusda reanimasiya şöbəsinə axır ki yerləçdirdilər.
Öyrəndim ki, Əliyeva Minayə Abasəli qızı ad-soyadlı bu xəstənin qızı var. Taksi şoferi Rüfət Qafarovun dediyinə görə Minayə nənə xəstəxanaya gətirilən zaman qızının adının Nəbiyeva Ceyran Müzəffər qızı olduğunu, xəstəxanaya özünün gəldiyini, qızının onu Qocalar Evinə göndərəcəyini deyib.
Ancaq biz onun xəstəxanaya özünün gəlməsi haqda Xəstəxananın verdiyi məlumata inana bilmədik; Minayə Əliyeva heç ayaqüstə dayana bilmirdi. Onun sağlıq durumunu elə gördüm ki, özünün kömək olmadan harasa gedə bilməsi mümkün deyil.
Bunu araşdırmağa çalışacağıq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi