Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15154
az

Bakıda hissələri tapılan çeçenin kimliyi bilindi - Kriminal aləmlə əlaqəsi olub

18:0602 İyul, 2019
704
  • A
 İki il əvvəl Bakının Suraxanı rayon ərazisində amansızcasına öldürülmüş kişinin şəxsiyyəti müəyyən edilib. Daha əvvəl güman edildiyi kimi cinayətin qurbanı çeçen olub

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Qeyd edək ki, 2017-ci il sentyabrın 5-də “Azərsu” ASC-nin Hövsan Aerasiya Stansiyasının kollektoru yaxınlığında odlu silahla öldürülmüş gənc kişinin parçalanmış bədəninin hissələri tapılıb. Onun bədənində dörd güllə yarası aşkarlanıb. Cinayət Makarov tapançası ilə törədilib.

Qatil cəsəddən və cinayət izlərindən xilas olmaq üçün bədəni parçalayaraq hissələrini təmizləyici kollektora atıb.

Cinayətdən iki sonra qətlə yetirilmiş şəxsin bədəninin demək olar bütün hissələri tapılıb. Əl və boynun bir hissəsi isə aşkarlanmayıb. Bir neçə gündən sonra çeçenin baş hissəsi də tapılıb. Onun üzündə qaş və kirpiklər olmayıb. İstintaq orqanları belə qənaətə gəliblər ki, qatil qurbanını qırxıb, kirpiklərini ütüb və saqqalını kəsib ki, onu tanımaq çətin olsun.

Bakı Şəhər Prokurorluğu cinayət işinin təhqiqatına başlayıb, Cinayət Məcəlləsinin 120.1 maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi qaldırılıb və öldürülən şəxsin şəxsiyyəti müəyyən edilib. İstintaqın maraqlarına uyğun olaraq, çeçenin adı açıqlanmır. Cinayət əməlinin üstünün açılması üçün iş davam etdirilir.

Azərbaycandakı çeçen icmasının sədri Ramzan Mollayev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, qətlə yetirilən qaçqın olmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 377 çeçen qaçqın statusunda yaşayır.

R. Mollayev bildirib: “Onu tanıya bilmədik, o, vaxtaşırı Azərbaycana gələnlərdəndir. Bəlkə də kriminal aləmlə əlaqəsi olub”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Azərbaycanda titullu idmançı həbs edilib