Azərbaycanlı iş adamının oğlunun İspaniyanın İbiza adasındakı istirahət mərkəzində itirdiyi saat dünya mətbuatının da maraq dairəsindədir.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın diariodeibiza.es saytında da yazı dərc olunub.
Məqalədə deyilir ki, saatını itirən 22 yaşlı gənc qaldığı "Vila" otelindən birbaşa polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Oğru 30 yaşlarında olub. Həmçinin qeyd olunub ki, "Richard Mille (RM) 50-03 MCLaren F1" brendinə məxsus saatın dəyəri 1 150 000 avrodur və dünyada cəmi 75 ədəddir. Bu dünyanın ən yüngül saatıdır ki, cəmi 40 qram həcmi var. Səbəb isə hazırlanmasında titan və karbon nanomateriallarından istifadə olunmasıdır. Həmçinin karbon və qrafen qarışı olan polad saatı dəmirdən 200 dəfə dözümlü edir. Saat McLaren F1 avtomobilinin forması əsasında dizayn olunub.
Son bir neçə gün ərzində İbiza polis şöbəsinin işçiləri oğurluqda şübhəli bilinən bir neçə nəfəri həbs ediblər. Bu insanlar adətən qrup şəklində çalışır və bahalı saatlar oğurlayırlar. Polislər bundan əvvəl adada beş oğurluq hadisəsinin də baş verdiyini açıqlayıblar. Fərq ondadır ki, həmin saatların qiyməti 150 min avro təşkil edib. Azərbaycanlı turistin saatı isə 1,15 milyon avrodur.
Oğurluğu təşkil edən qrupun başçısının təxminən 50 yaşı olduğu bildirilir və hazırda nəzarət altındadır.
Saatı oğurlayanlarınsa iki ərəb olduğu bildirilir. Belə ki, azərbaycanlı turist səhər saat 5 radələrində gecə klubundan çıxan zaman iki nəfər ona yaxınlaşır. Biri söhbətə tutur, digəri isə qolundan saatı zorla çıxardıb qaçır. 22 yaşlı zərərçəkən mübarizə aparsa da saatı əlindən qaçır.
Xatırladaq ki, İbizadakı oğurluqlar əsasən Neapol və Kalabria mafiyalarının əlindədir. İtaliyanın peşəka mafiyaları ərazidəki fransız bandalarını məğlub etməyə nail olub.
Oxu24.com
ŞƏRHLƏR