Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14835
az

Qara ciyərdə xəstəliyin olmasını necə bilmək olar?

19:5122 İyun, 2019
646
  • A
Qara ciyər xəstəlikləri çox təhlükəli hesab olunur. Çünki, onlar uzun müddət ərzində davam etdikdə, qara ciyər sirrozu yarana bilər.

Bu xəstəliyin əsas nəticəsi isə, qara ciyər hüceyrələrinin tədricən məhv olmasıdır (ölməsidir). Bu zaman qara ciyər tədricən tələf olduğü üçün, onunla birgə insan da həlak olur.

Oxu24.com saglamolun.az-a istinadən bildirir ki, qara ciyər xəstəlikləri adətən, uzun müddət ərzində özlərini büruzə vermirlər. Məlum olduğu kimi, bu və ya digər orqanda nasazlıq olmasının əsas əlaməti ağrı hesab olunur. Bir çox hallarda məhz ağrının olması, adətən bizi öz sağlamlığımız barədə düşünərək, həkimə müraciət etməyə məcbur edir. Ancaq əfsuslar olsun ki, qara ciyərdə ağrı reseptorları yoxdur. Buna görə də qara ciyərdə hər hansı bir patoloji proses baş versə  da, siz heç bir ağrı hiss etməyəcəksiniz. Ağrı yalnız, qara ciyərin böyüməsi nəticəsində, onun kapsulasının (xarici qişası) dartılması zamanı meydana çıxa bilər. Qara ciyərdən fərqli olaraq onun xarici qişasında sinir hüceyrələri mövcuddur. Buna görə sağ qabırğaaltı nahiyyədə ağrıların olması, qara ciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlamətidir.

Bundan savayı, aşağıdakı əlamətlər də qara ciyərdə patoloji prosesin olmasını göstərə bilərlər:

- Əksər hallarda kəskin hepatit (viruslu və ya toksik) və qara ciyər sirrozu zamanı dərinin, skleranın (gözün ağlı qişası), dilin saralması qeyd edilir. Bəs, bu cür saralmanın səbəbi nədir? Məsələ bundadır ki, qara ciyərin normal fəaliyyəti pozulduğu halda, qanda, zülalların parçalanma məhsulu olan bilirubinin miqdarı artmağa başlayır ki, bu da dərinin, skleranın və selikli qişaların saralmasına səbəb olur.

- Oynaqlarda və əzələlərdə ağrılar, dəridə qaşınma, göynəmə, səpgilərin olması, əl və ayaq barmaqlarında dırnaqların formasının dəyişməsi və rənginin tüntləşməsi kimi əlamətlərin olması, qara ciyərin pis işləməsi nəticəsində orqanizmdə baş verən intoksikasiyanın (zəhərlənmənin) olmasını göstərir; Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səhiyyə Nazirliyi ÇAĞIRIŞ etdi - 40 yaş üzəri insanlar...
Məktəblilər arasında yayılan
Onkoloji xəstəlik riskini azaltmağın ÜÇ YOLU

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR