Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14811
az

Bakıda gəlin qayınatasını qətlə yetirdi

10:1322 İyun, 2019
1078
  • A
 
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Oxu24.com  xəbər verir ki, 12 iyun tarixində Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində 1958-ci il təvəllüdlü Səmədov Əfzələddin Əli oğlu kürək nahiyəsindən iki bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

Ə.Səmədovun yaxınlarının verdiyi məlumata görə, guya Ə.Səmədov intihar məqsədilə özü özünü bıçaqlayıb. Ancaq Binəqədi rayon Prokurorluğunun apardığı istintaq araşdırmaları zamanı müəyyən olunub ki, Ə.Səmədov sərxoş vəziyyətdə gəlini ilə mübahisə edib. Daha sonra qadın onun kürəyinə iki bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanılıb. (APA) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər: