Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14741
az

Kaşıkçı qətlinin səs yazısı yayıldı: "Cəsədi paketlərə yığsaq ağır olacaq"

12:3520 İyun, 2019
2353
DÜNYA
  • A
 
Birləşmiş Millətlər Təşkilatının qanunsuz edam qərarları haqqında xüsusi məruzəçisi Aqnes Kallamard səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı hesabat hazırlayıb.

Oxu24.com Haber7.com  -a istinadən  xəbər verir ki, hesabatda C.Kaşıkçının qətlindən əvvəlki səs yazılarının stenoqramı dərc olunub.

Səs yazısında jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olduqdan sonra qatillərlə söhbəti əksini tapıb.

Dialoq belə baş tutub:

Qatil: Səni Səudiyyə Ərəbistanına aparmağa gəlmişik. Barəndə həbs qərarı var. Bayırda səni gözləyənlərə mesaj göndər və gəlməyəcəyini de!

Kaşıkçı: Onlara nə deyim? “Yaxın vaxtlarda görüşərik? Qaçırılıram?” Elə mesaj göndərməyəcəyəm.

Qatil: Mesajı dərhal yaz! Tələs! Bizə kömək etməsən, bunun necə nəticələnəcəyini bilirsən.

Kaşıkçı: Masanın üstündəki dərmanlar mənim üçündür?

Qatil: Səni keyləşdirəcəyik.

Bu dialoqdan sonra dava səsləri eşidilir.

Bir neçə dəqiqə sonra qatillər öz aralarında söhbət edir:

- Cəsədi paketlərə yığaq?

- Yox, onda ağır olacaq.

- Problem deyil.

- İlk dəfədir ki, yerdə kəsirəm. Cəsədi hissələrə bölüb paketlərə yığsaq, işimiz bitəcək. Hər parçanı ayrı-ayrı paketlərə yığaq.

Bundan əvvəl isə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd əl-Uteybi hələlik şəxsiyyəti məlum olmayan bir nəfərlə söhbət edib. Söhbət zamanı həmin şəxs Səudiyyədən bir qrup insanın konsulluqda 2-3 günlük işinin olacağını bildirib.

Qeyd edək ki, C.Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi iddia olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi