Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
147
az

Dəcəl uşaqla necə davranılmalı?

18:1001 Aprel, 2018
1720
TİBB
  • A

Bu vəziyyətdə ailənin etməsi lazım olan gün içində uşağa nələr edəcəyini açıq və dəqiq şəkildə izah etməkdir. Hansı davranışı etdiyində nəticəsində nə olacağını uşağa əvvəldən söyləyərək, ona seçki haqqı tanıması lazımdır. Beləcə uşaq həm qərarını verəcək, həm də məsuliyyətli olacaq, özünü yetkin kimi hiss edəcək. Yaramaz davranışlarından bu sayədə sıyrılması, təqdir edildikcə yetkin kimi davranması gözlənəcək.

Əsəbi, təcavüzkar və yaramaz bir uşağınız var? Ona necə davranmalı və onunla necə danışmanız lazım olduğunu bilirsiniz?

Oxu24.com  qadınlar.biz-ə istinadən bildirir ki, biz anaların ən böyük çətinliyi yaramaz uşaqla baş etməkdir. Təcavüzkar, əsəbi, kobud davranışları olan uşaqları anlamaq və bu davranışları çox geç olmadan dəyişdirmək üçün onlara köməkçi olmaq çox əhəmiyyətlidir.

Uşaqlar niyə dəcəllik edir? Bunu hara qədər normal qəbul etmək, nə vaxt psixoloq dəstəyi almaq lazımdır, uşağı cəzalandırmaq doğrudurmu?

Psixoloq Berna Akpınar açıqlayır...

Uşaqlarda dəcəlliyin səbəbləri?

Uşağın hər hansı bir yalnış etdiyində ailənin səhvi bu hərəkətlərin ötəri olduğu düşünməsidir. Uşağın xarakterinin meydana gəlməsində ailənin çox böyük əhəmiyyəti var. Ailənin addımları səhv olduqda uşaqda istənməyən davranışlar biruzə verir.

"Dəcəllik" dediyimiz bəzi davranışlar, uşağın təcavüzkar olduğu davranışlardır. Qırıb tökmə, vurma, itələmə kimi davranışlar, uşağın çölə yönəltdiyi təcavüzkar hərəkəətləridir. Bir də ana, ata və uşaq arasında etibarsızlıq problemi uşağın təcavüzkar davranmasına yol aça bilər. Uşaq kiçikkən, ana və atayla etibarlı bir bağlanma yaşaya bilməmişdir, bu problem inkişaf dövrlərində böyüyür.

Hansı vəziyyətlərdə uşaq daha dəcəl ola bilər?

Uşağın dəcəllik etmə səbəblərindən biri ana və atadan birinin yanında olmaması və ya valideynlərdən biri evə davamlı gec gəlməsidi.

Valideynləri ayrı olan ailələrdə nənə kimi bəzi ailə üzvlərinin olmaması da uşaqların psixologiyasına mənfi təsir edə bilər. Uşaq özünü tək hiss edər və bu da ətrafa qarşı bir hücum olaraq ortaya çıxır. Ya da tam tərsi içəriyə qarşı hücum olaraq dırnaq yemə, barmaq əmmə kimi davranışlarla özünü göstərə bilir.

Xüsusilə boşanmış cütlərdə uşaq valideynlərindən birini daha az gördüyü üçün diqqəti cəlb etməyə çalışmaq üçün dəcəllik edir. Şiddət görən ailələrin uşaqlar dəcəllik etməyə daha meylli olur.

Dəcəllik edən uşaqla necə danışmaq lazımdır?

6 yaş  uşaqlarla böyük bir yetkinmiş kimi danışma, şərh etmə şansınız var. Amma daha kiçikkən nə qədər açıq izah etsəniz izah edin, uşaqlar üçün bəzi şeylər çox mücərrəd qalar. Bu vəziyyətdə uşaqlara hekayələr izah etmək ünsiyyəti asanlaşdırar və daha tez anlamalarını təmin edər. Məsələn, dəcəllik edən uşaq mövzulu bir hekayə uydura bilərsiniz. Bu hekayənin nəticələrini də uşağa izah edib ona dəcəllik olaraq qəbul edilən davranışları etməməsi lazım olduğunu hekayə üzərindən çatdıra bilərsiniz. Heç bir zaman onun etdiyi davranışı birbaşa olaraq "sənin etdiyin bu davranış çox səhv" şəklində izah etməməlisiniz. Hekayədəki uşağın etdiklərinin nəticəsində xoşbəxt olmadığını göstərərək uşağınıza bilvasitə yoldan izah etmək daha yaxşıdır.

Uşaqlar hər şeyi başa düşür

Uşaqların heç bir şeyi anlamadığını düşünmək səhvdir. Uşaqlar hər şeyi duyar və unutmazlar. Onlara hər şeyi dəqiq və sadə bir dillə izah etmək, başlarında sual işarəsi buraxmamaq lazımdır.

Uşaqlarda dəcəllik normaldır

Bizim dəcəllik hesab etdiyimiz davranışlar əslində uşaqların yaşlarının gərəyi kimi davranmalarından qaynaqlanır. Onlar hər şeyi kəşf etməyə çalışır. Biz yetkinlərin dəcəllik deyə xarakterizə etdiyi davranışlar, uşaqların müəyyən yaş dövrləri üçün çox normal qəbul etmək lazımdır.

4-6 yaş arası uşaqlar ictimai qaydaları öyrənməyə, 6 yaşından sonra məktəbə başlayır. Bu dövrdə dəcəllik dediyimiz davranışların azalmış olması lazımdır. Əgər bu dövrdə azalmazsa, köməyə ehtiyac var. Uşaq dəcəlliyə davam edirsə, əslində ailədə problem var.

Dəcəl uşağa cəza düşmür

Uşağa heç bir zaman cəza tətbiq olunmaması lazımdır. Cəza təhsildə mənfi faktor olduğu üçün, cəzanın nəticələrinin də mənfi olar.

Valideynlərin "bunu etdiyin üçün bunu edə bilməyəcəksən" kimi uşağa etdiyi davranışın sonrasında bir cəza tətbiq olunacağı mesajı verməsi, müsbət bir nəticə yaratmaz. Əvvəlində uşağa etdiyinin istənməyən və pis davranışlar olduğu izah edilməlidir. Məsələn, uşaq bir şeyi qırdığında bunu etdiyi üçün çox sevdiyi proqramı izləyə bilməyəcəyini əvvəldən bilsə, seçkisini özü edəcək və proqramı izləmək istəyirsə bir şeyi qırmayacaq. Davranışı etdikdən sonra cəza vermək, heç bir şey əldə etmənizi təmin etməz.

Dəcəlliyin gətirib çıxardığı davranış pozuqluqları var

Uşağın dəcəllik etməsinin arxasından psixoloji problemlər ola bilər. Uşaq pis münasibətdən sonra bir həzz axtarışına çıxar, əslində dəcəllik ilə diqqəti cəlb etsə də həzz duyğusunun əskik qala bilir. Bu da valideynlərdən birinin əskik olması, ya da ev içində bir şəkildə özünü yaxşı hiss etməməsindən qaynaqlana bilir.

4-6 yaşdan sonra uşağınızda dəcəllik əlamətləri davam edirsə, qətiliklə ekspertə müraciət etməlisiniz. Ekspert, əvvəl uşağınızla birlikdə sizi ailə olaraq dinləyəcək, sonra sizinlə valideynləri olaraq ayrıca işləyəcək, ən son yenə uşağınızla birlikdə sizi dinləyəcək və həll çıxarmağa çalışacaq.

Barmaq əmmə, dırnaq yemə, mastürbasiya

Bu nöqtədə uşaqların ən əhəmiyyətli həzz nöqtəsi, 1 yaşına qədər normal sayılan, bəzən 3 yaşına qədər davam edən, ancaq daha irəli yaşlarda davam etməsi sağlamlıqsız olduğu barmaq əmmə davranışıdır.

Uşaq dırnaq yeməyə hətta mastürbasyon etməyə də başlaya bilər. Uşağın cinsi orqanını kəşf etdikdən və həzz aldığını fərq etməsindən sonra bunu davam etdirməsi, uşaqda bir şeylərin əskik olduğunun, uşağın bu əksikliyi aradan qaldırmağa çalışdığının bir göstəricisidir. Buna xüsusilə ana, atadan birinin olmaması və həsrət duyğusu səbəb ola bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+