Xəbər verdiyimiz kimi dünən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov geniş mətbuat konfransı keçirib. Mətbuat konfransında ordu ilə bağlı jurnalistlərin suallarını cavablandıran nazir bir addımı ilə mətbuatın diqqətini çəkib. Oxu24.com xəbər verir ki, "CBC" televiziyasının müxbiri nazirə rus dilində sual verib. Müdafiə naziri jurnalistə Azərbaycan dilində danışmamasını irad tutub.
"Üzr istəyirəm. Niyə sualı rus dilində verirsiniz?Azərbaycan dilini bilmirsinizmi?." Jurnalist sualını rus dilindən verdikdən sonra müdafiə naziri sualın cavabını Azərbaycan dilində verəcəyini bildirib.
Xatırladaq ki, jurnalistin sualı “Seyfəli” poliqonundan atılmış tank mərmisinin Gəncədə yaşayış evinə düşməsi hadisəsi ilə bağlı olub.
Nazir cavabında bildirib: “Seyfəli” sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib.Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi”.Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.
Sözügedən videonu təqdim edirik:Günün digər xəbərləri: Azərbaycanda polis hər yerdə bu 21 yaşlı qızı axtarır-DİQQƏT!
Azərbaycanda biabırçılıq: Bacısının pulunu oğurlayan qadın müəllimənin görüntüsü yayıldı+VİDEOBakıda gecə çəkilmiş biabırçı görüntü yayıldı+VİDEO
Oxu24.com
ŞƏRHLƏR