Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1461
az

Namaz qılanın pis sözlər işlətməsi düzgündür?

01:0307 May, 2018
2564
MARAQLI
  • A
İslam dini bütövlükdə əxlaq dinidir. İslam dininin gəlişi məhz insanları yüksək əxlaqa çatdırmaq məqsədini güdür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mən ən yüksək əxlaqı tamamlamaq üçün göndərildim". (İmam Malik "Muvatta", "Husnul-Xulq, 8; İmam Əhməd, 2/381).

Oxu24.com zikr.az-a istinadən bildirir ki, Peyğəmbər yüksək əxlaqa sahib olmuşdur. Uca Allah buyurur: "Həqiqətən də, sən böyük əxlaq sahibisən!" (əl-Qaləm, 4).

Peyğəmbərimizin əxlaqının necə olduğunu gösətərən bir hədisdə Aişədən belə rəvayət edilmişdir: "Bir nəfər soruşdu: "Ey möminlərin anası (Aişə)! Bizə Allahın Elçisinin əxlaqından danışarsanmı?" Aişə buna cavab olaraq belə dedi: "Sən heç Quran oxumursan?" Həmin adam: "Əlbəttə ki, oxuyuram!", - deyə, cavab verdi. Aişə bunun üstündən: "Onun əxlaqı Quran (əxlaqı) idi", - dedi". (Muslim "Salatul-Musafirin", 139, №: 746).

Uca Allah bütün müsəlmanlara Peyğəmbərdən nümunə götürməyi buyurmuşdur. Amr ibn Şuayb atasından, o da atasından Peyğəmbərin belə dediyini eşitmişdir: "Sizdən mənə ən sevimli olan və Qiyamət günü mənim lap yaxınlığımda oturan kimsə barədə sizə xəbər verimmi?" Camaat susdu. O bunu iki və ya üc dəfə təkrar etdi. Camaat dedi: "Bəli, ey Allahın Elcisi!" O dedi: "Əxlaqı ən gözəl olanınız (buna nail olar)!" (əl-Buxari "Ədəbul-Mufrad", 272; Əbu Davud "Səhih Sunən" kitabı).

Allah Elçisi demişdir: "İslamda sizin ən xeyirliniz dini başa düşən və əxlaqı ən gözəl olanınızdır". (Əbu Davud "Səhih Sunən" kitabı).

Əbu Hureyrə rəvayət edir ki, Allah Rəsulu bu­yur­muş­dur: "İmanı ən kamil olan möminlər əxlaqı gözəl olanlardır. Sizin ən xeyir­liləriniz isə qadınlarına qarşı əxlaqlı olanlardır". (Əbu Davud "Səhih Sunən" kitabı).

Əbu Dərda rəvayət edir ki, Peyğəmbər buyurdu: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay  verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir". (əl-Buxari "Ədəbul-Mufrad", 270, 464).

Əbu Bəkrə rəvayət edir ki, Peyğəmbər demişdir: "Həya imandandır, iman isə Cənnətdədir. Arsızlıq kobudluqdur, kobudluq isə Cəhənnəmdədir". (əl-Buxari "Ədəbul-Mufrad", 1314).

Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbər buyurdu: "Həya olduğu hər bir şeyi gözəlləşdirər. Ədəbsizlik də olduğu hər bir şeyi alçaldar". (əl-Buxari "Ədəbul-Mufrad", 601).

Əbu Hureyrə nəql edir ki, Allah Elçisindən soruşdular: "Cənnətə girməyə daha çox səbəb olan nədir?" O, buyur­du: "Allah qorxusu və gözəl əxlaq!" Yenə soruşdular: "Bəs Cəhənnəm odu­na girməyə daha çox səbəb olan nədir?" O, buyurdu: "İki boşluq; cinsiyyət üzvü və ağız!" (əl-Buxari "Ədəbul-Mufrad", 294; İbn Məcəh, 4246; "Silsilətus-Sahihə", 977).

Rəsulallah buyurdu: "...Əxlaqını gözəlləşdirən kimsəyə Cənnətin ən yüksək mərtəbəsində bir ev cavabdehəm". (Əbu Davud, 4800).

Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər demişdir: "Ümmətimin ən pisləri boşboğazlar, çoxdanışanlar, lovğalardır. Ümmətimin ən xeyirliləri isə əxlaqları ən gözəl olanlardır". (əl-Buxari "Ədəbul-Mufrad", 1308).

İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: "Cəhənnəm odunun kimə haram olduğunu sizə xəbər verimmi?" Dedilər: "Bəli, ey Allahın Elcisi!" O buyurdu: "Hər mülayim, lütfkar və üzüyola (möminə)". (İbn Hibban, 470).

İbn Ömər rəvayət edir ki: "Mən Allah Elçisinin yanında idim. Ənsarlardan bir kişi onun yanına gəlib Peyğəmbərə salam verdikdən sonra dedi: "Ey Allahın Elçisi, möminlərin ən üstünü hansılardır?" Allah Elçisi dedi: "Əxlaqı ən gözəl olanlar!" Kişi dedi: "Möminlərin ən ağıllısı hansılardır?" Allah Elçisi dedi: "Ölümü çox yad edənlər və ölümdən sonar olana (Axirətə) ən gözəl şəkildə hazırlaşanlar. Ən ağıllı olanlar onlardır". (İbn Məcəh, 4259, 4400).

Əbu Hureyrə demişdiir: "Mən Əbul-Qasimin (Allah Elçisinin) belə buyurduğunu eşitdim: "İslamda sizin ən xeyirliniz (şəriəti) başa düşən və əxlaqı ən gözəl olanınızdır". (əl-Buxari "Ədəbul-Mufrad", 285).

Əbu Hureyrə nəql edir ki, Allah Rəsulu belə buyurdu: "Adəm övladı, namazdan, iki nəfərin arasını islah etməkdən və gözəl əxlaqdan daha fəzilətli bir əməl işləməmişdir". (əl-Buxari "ət-Tarixul-Kəbir", 139. əl-Albani "Səhihul-Cami" 5645).

Əbu Umamə əl-Bəhili rəvayət edir ki, Allah Elçisi buyurub: "Haqlı olsa belə mübahisəni tərk edən üçün Cənnətin kənarında, zarafatla da olsa belə yalanı tərk edən üçün Cənnətin ortasında, əxlaqı gözəl olan üçün də Cənnətin ən ali mərtəbəsində evi olacağına zəmanət verirəm!" (Əbu Davud, 4800, 4802).

Amir ibn Sə'd xəbər verir ki, Rəsulullah demişdir: "Şübhəsiz ki, Uca Allah Səxavətlidir, səxavətli olanları sevər, Comərddir, comərdləri sevər. Həmcinin, yüksək əxlaqı sevər, pis əxlaqı isə sevməz". (İbn Asakir "Tarixu Dəməşq", 14/ 289; Səhihul-Camius-Sağir", №: 1800).

Həmçinin buyurdu: "Əxlaqsız və çirkin sözlərdən şiddətlə çəkinin!" (ən-Nəsai).

Həmçinin demişdir: "Həya və az danışmaq imandan, əxlaqsız söz və çox söz nifaqdandır". (ət-Tirmizi).

Həmçinin buyurub: "Həya, iffət, dilə hakim olmaq və ağıl imandandır. Xəsislik, fuhuş, pis sözlü olmaq isə həyasızlıqdan və münafiqlikdəndir". (əl-Beyhaqi).

Habelə deyib: "Mömin, ayıblamaz, lənət etməz, əxlaqsız söz söyləməz". (ət-Tirmizi).

Həmçinin dedi: "Cənnət, əxlaqsız və pis söz danışana haramdır". (İbni Əbid-Dunyə).

Habelə buyurdu: "Uca Allah, əxlaqsız və pis söz söyləyəni sevməz". (İbni Əbid-Dunyə).

Bu haqda olduqca çoxlu hədislər vardır. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, hər bir müsəlman bacardığı qədər dini biliklərini artırmalı və bildiklərinə əməl etməyə çalışmalıdır. Həmçinin, gözəl əxlaqı Qurani Kərimdən və Peyğəmbərin hədislərindən öyrənməyə çalışmalıdır.



  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır